Prezident İlham Əliyevin 18 oktyabr 2025-ci ildə “Kazinform” agentliyinə verdiyi müsahibə.

Prezident
İlham Əliyevin oktyabrın 18-də “Kazinform” agentliyinə verdiyi müsahibə iki
qardaş ölkə arasında münasibətlərin strateji mahiyyətini, regional və qlobal
miqyasda əməkdaşlığın dərinliyini, eləcə də gələcəyə doğru baxışı aydın şəkildə
ortaya qoyur. Müsahibə təkcə siyasi bəyanat deyil, Azərbaycan-Qazaxıstan əlaqələrinin
keçdiyi tarixi yolun, bu gün formalaşmış etibarlı tərəfdaşlığın və yeni mərhələyə
yüksələn strateji əməkdaşlığın əhatəli təhlilidir.Müsahibə həm türk dünyasında
inteqrasiya proseslərinin yeni mərhələyə yüksəldiyini göstərir, həm də Azərbaycan
ilə Qazaxıstan arasında əlaqələrin yalnız ikitərəfli deyil, regional və qlobal
miqyasda da əhəmiyyətli təsir gücünə malik olduğunu sübut edir.
Prezident
İlham Əliyevin sözlərinə görə, Azərbaycan və Qazaxıstan münasibətləri tarixi
qardaşlıq, ortaq türk kimliyi, mənəvi-mədəni dəyərlər və qarşılıqlı etimada əsaslanır.
Ötən onilliklər ərzində bu əlaqələr təkcə dostluq çərçivəsindən çıxaraq
strateji müttəfiqlik səviyyəsinə yüksəlib. Liderlərin müntəzəm dialoqu,
qarşılıqlı səfərlər və dövlətlərarası təsirli kommunikasiya kanalları regionda
sabitliyin, təhlükəsizliyin və inkişafın əsas təminatlarından biri kimi çıxış
edir.
Təəssüf
ki, bu gün Xəzər dənizi bir sıra ciddi ekoloji problemlərlə üz-üzədir. Ən
aktual məsələlərdən biri dayazlaşma - həm ekoloji, həm də iqtisadi təhlükələr
yaradan suyun səviyyəsinin sürətlə azalmasıdır.
2022-ci
ildə keçirilən VI Xəzər Zirvə Görüşündə mən Xəzər dənizində ekoloji tarazlığın
pozulması məsələsini qaldırdım. Təəssüf ki, o vaxtdan bəri vəziyyət ancaq pisləşib.
Xəzərdə suyun səviyyəsi sürətlə aşağı düşür və bunun səbəbləri təkcə iqlim dəyişikliyi
ilə bağlı deyil.
Yaranmış
şəraitdə bütün Xəzəryanı ölkələr arasında sıx əməkdaşlıq qurmaq, fəal elmi
informasiya mübadiləsi aparmaq və nəticələrin yumşaldılması üçün əlaqələndirilmiş
tədbirlər işləyib hazırlamaq çox vacibdir.
Xəzər
dənizinin səviyyəsinin aşağı düşməsi və bununla bağlı ekoloji dəyişikliklər
biomüxtəlifliyi və ekosistemin dayanıqlılığını təhdid edir ki, bu, təbiətin
mühafizəsi və ekoloji tarazlığın bərpası üçün əlaqələndirilmiş tədbirlərin
görülməsi zərurəti yaradır.
Bundan
başqa, Azərbaycan, Qazaxıstan və digər Xəzəryanı ölkələr regional və beynəlxalq
platformalarda Xəzərin mühafizəsi təşəbbüslərini fəal şəkildə irəli sürə bilərlər
və bunu etməlidirlər. Artan transmilli ekoloji risklər şəraitində Xəzər dənizi,
sadəcə, su hövzəsi deyil, bizim ortaq məsuliyyətimizin və birgə fəaliyyətimizin
zəruriliyinin rəmzinə çevrilir.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhəri A.Dadaşov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin
təşkilatçısı.
Digər xəbərlər



