Yevlax sakini münaqişə zəminində güllələnib

2019-05-30 Baxış: 857
img

30.05.2019

Yevlaxda silahlı insident olub.

ONA-nın Mingəçevir bürosunun xəbərinə görə, hadisə gecə Əcəmi kəndi ərazisində baş verib.

Belə ki, ilkin məlumata əsasən, münaqişə zəmnində 1988-ci il təcvəllüdlü rayon sakini Qurbanov Cəmil Tapdıq oğlu silahdan açılan atəşlə ağır bədən xəsarətləri alıb. Yaralı təcili xəstəxanaya çatdırılıb. İlkin yardım göstərildikdən sonra durumunun ağırlığı nəzərə alınaraq paytaxt xəstəxanalarından birinə göndərilib. Hadisənin hansı zəmində baş verdiyi tam məlum deyil.

Faktla bağlı araşdırma aparılır.