Azərbaycan–Qazaxıstan münasibətlərində yeni mərhələ – Astana görüşü

21
oktyabr 2025-ci ildə Astanada Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin iştirakı ilə keçirilən Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası
Şuranın II iclası iki qardaş ölkə arasında strateji əməkdaşlığın daha da dərinləşməsi
ilə yadda qaldı. Görüş zamanı dövlət başçısının mətbuata bəyanatı və imzalanmış
sənədlər gələcək əməkdaşlığın yol xəritəsini müəyyənləşdirdi.
Prezident
İlham Əliyev çıxışında Azərbaycan ilə Ermənistan arasında dayanıqlı sülhün əldə
olunmasının region üçün açdığı imkanları diqqətə çatdırdı. O vurğuladı ki, Cənubi
Qafqazda sabitlik və təhlükəsizlik artıq real siyasi müstəviyə keçməkdədir.
Tərəflər
Qarabağın bərpası və iqtisadi canlanmasında Qazaxıstanın iştirakı imkanlarını
müzakirə etdi. Prezident İlham Əliyev qardaş Qazaxıstanın bu prosesə verdiyi və
verəcəyi dəstəyi yüksək dəyərləndirdi.
Görüş
çərçivəsində bir sıra mühüm sənədlər imzalandı. Energetika, iqtisadiyyat, nəqliyyat
və humanitar mübadilələr üzrə əməkdaşlığın genişləndirilməsi haqqında
razılaşmalar iki ölkə əlaqələrini daha dinamik mərhələyə daşıyır.
Bu
iclas bir daha göstərdi ki, Azərbaycan və Qazaxıstan təkcə strateji tərəfdaş
deyil, həm də ortaq tarixi, mədəni dəyərlərə və gələcək viziona malik iki
qardaş dövlətdir. Orta Dəhliz, logistika layihələri, iqtisadi əməkdaşlıq və
siyasi dialoq Xəzərin hər iki sahilində böyük perspektivlər vəd edir.
Türk
dünyasının birliyi – gücümüz, sabitlik – əsas hədəfimizdir!
Aytən
İmanova,
YAP
fəalı, Hacıqabul rayon Heydər Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



