Qarabağın dirçəlişində qardaş Qazaxıstanın dəstəyi.

Füzuli
Azərbaycanın ən qədim və zəngin bölgələrindən biridir. Qarabağın cənub-şərqində
yerləşən bu rayon həm təbii şəraiti, həm də tarixi abidələri ilə diqqət çəkir.
Ərazisi dağlıq və düzənlik hissələrdən ibarətdir, torpaqları məhsuldar, iqlimi əlverişlidir.
Burada qədim yaşayış yerləri, türbələr, karvansaralar və məscidlər yerləşir.
Füzuli tarixən mədəni və dini baxımdan zəngin bir ərazi olmuşdur.1993-cü ildə
Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunan Füzuli 27 il ərzində
tamamilə dağıdılmış, şəhər və kəndlər viranə çevrilmişdi. Lakin 2020-ci ilin Vətən
müharibəsində Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə 17 oktyabr tarixində Füzulini azad etdi. Bu tarix xalqımızın yaddaşına
qızıl hərflərlə yazıldı və hər il “Füzuli şəhəri günü” kimi qeyd olunur.
Azadlıqdan
dərhal sonra Füzuli rayonunda bərpa və yenidənqurma işləri geniş miqyasda həyata
keçirilməyə başladı. Prezident İlham Əliyevin bu torpağa olan diqqəti və
qayğısı nəticəsində qısa müddətdə mühüm layihələr gerçəkləşdirildi.
2020–2021-ci illərdə Füzuli şəhərində Azərbaycan bayrağı ucaldıldı, Zəfər
yolunun, Füzuli–Şuşa və Füzuli–Hadrut avtomobil yollarının, Füzuli Beynəlxalq
Hava Limanının və “Füzuli” yarımstansiyasının təməlləri qoyuldu. 2022-ci ildə
Peşə Liseyinin və “Ağıllı kənd” layihəsinin təməlləri atıldı, Horadiz–Cəbrayıl–Zəngilan–Ağbənd
avtomobil yolunun tikintisi ilə tanışlıq oldu, yeni hərbi hissələr istifadəyə
verildi.
2023-cü
ildən etibarən Füzuli şəhərinin Baş planı təsdiqləndi, yeni yaşayış kompleksləri,
məktəblər, uşaq bağçaları, idman obyektləri və Rəqəmsal İdarəetmə Mərkəzi inşa
edilməyə başladı. 2023 və 2024-cü illərdə Füzuli Beynəlxalq Hava Limanı istifadəyə
verildi, içməli su, kanalizasiya və yağış suları sistemlərinin təməli qoyuldu,
Füzuli şəhərinə köç prosesi başlandı.Füzulinin dirçəlişində qardaş ölkələrin dəstəyi
xüsusi qeyd olunmalıdır. Özbəkistan Respublikasının Prezidenti Şavkat
Mirziyoyevin təşəbbüsü ilə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli məktəb,
Qazaxıstan Respublikasının dəstəyi ilə isə Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi
inşa olunub. Bu layihələr türk dünyası xalqları arasında qardaşlıq və birliyə
gözəl nümunədir.Füzuli həm də qəhrəmanlıq simvoludur. Vətən müharibəsində bu
rayonun azad olunması uğrunda döyüşən əsgər və zabitlərimiz “Füzulinin azad
olunmasına görə” medalı ilə təltif ediliblər. Onların igidliyi, fədakarlığı və
vətən sevgisi xalqın qürur mənbəyinə çevrilib.
Hazırda
Füzuli Böyük Qayıdış Proqramı çərçivəsində tamamilə yenidən qurulur. Rayonun
infrastrukturu, sosial obyektləri, yaşayış binaları müasir şəhər standartlarına
uyğun şəkildə tikilir. Əhalinin doğma yurdlarına qayıdışı üçün geniş şərait
yaradılıb.Bu gün Füzuli həm qəhrəmanlıq tariximizin, həm də yenidənqurma iradəmizin
təcəssümüdür. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən
quruculuq işləri sayəsində Füzuli yaxın illərdə regionun ən müasir və abad şəhərlərindən
birinə çevriləcək. Bu torpaq azadlığın, zəfərin və milli həmrəyliyin əbədi
simvolu olaraq qalacaq.
Bəxtiyar Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Şirvan-Salyan
Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri.
Digər xəbərlər



