Qardaşlıqdan Strateji Müttəfiqliyə: Prezident İlham Əliyevin Qazaxıstana Dövlət Səfəri

20–21
oktyabr 2025-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin Qazaxıstana dövlət səfəri iki ölkə arasında münasibətlərin yalnız diplomatik
deyil, tarixi və strateji dərinlik kəsb etdiyini bir daha təsdiqlədi.
Diplomasiyada “dövlət səfəri” anlayışı ən yüksək səviyyəli münasibətlərin göstəricisi
hesab olunur və bu səfər Azərbaycan-Qazaxıstan əlaqələrinin yeni mərhələyə yüksəldiyini
nümayiş etdirdi.
Astanada Prezident
İlham Əliyevin iştirakı ilə Azərbaycan-Qazaxıstan Ali Dövlətlərarası Şurasının
ikinci iclası keçirildi. Bu Şura iki ölkə arasında ən yüksək siyasi dialoq
platformasıdır və qərarların icrası dövlətlərarası əməkdaşlığa əməli xarakter
verir.
İclasın
gedişində enerji, nəqliyyat, sənaye, müdafiə, səhiyyə, təhsil, mədəniyyət və rəqəmsal
texnologiyalar sahələrində çoxsaylı sənədlər imzalandı.Prezident Kasım-Jomart
Tokayev səfəri belə qiymətləndirdi:
“Bu səfər
strateji tərəfdaşlığın və müttəfiqlik münasibətlərinin möhkəmlənməsi baxımından
mühüm əhəmiyyətə malikdir.”
Prezident
İlham Əliyev isə vurğuladı:
“Müzakirə
etdiyimiz məsələlərdə mövqelərimizin tam uyğunluğu münasibətlərimizin nə qədər
güclü platforma üzərində qurulduğunu göstərir.”
Bu
açıqlamalar sübut edir ki, iki ölkə münasibətləri təkcə siyasi maraqlara deyil,
xalqların ortaq dəyərlərinə və səmimiyyətə əsaslanır.
Səfər çərçivəsində
diqqətçəkən ən müasir istiqamətlərdən biri Prezident İlham Əliyev və Prezident
Tokayevin “Alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzinə etdiyi ziyarət oldu. Bu
mərkəz Orta Asiyada rəqəmsal texnologiyalar, startap ekosistemi və elmi tədqiqatların
inkişafında aparıcı platformadır.
Buradakı görüş zamanı
Prezident İlham Əliyev bildirdi:
“Biz bütün
istiqamətlər üzrə qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsini hədəfləyirik.”
Bu fikir
Azərbaycanın innovasiya və rəqəmsal transformasiyanı milli prioritet elan
etdiyini, Qazaxıstanla bu sahədə əməkdaşlıq imkanlarına xüsusi önəm verdiyini
göstərir.Prezident Tokayev isə qeyd etdi ki:
“Xalqlarımız
arasında dostluğun hərtərəfli möhkəmlənməsi və yeni sahələrdə əməkdaşlıq əsas məqsədimizdir.”
Beləliklə,
“Alem.ai” yalnız texnoloji layihə deyil, eyni zamanda iki ölkənin gələcəyə birgə
baxışının simvoluna çevrildi.
Səfərin
mühüm məqamlarından biri “Orta Dəhlizin inkişafı” layihəsinin təqdimatı idi. Bu
dəhliz Çin–Mərkəzi Asiya–Xəzər–Qafqaz–Avropa xətti üzrə yeni İpək Yolunun əsas
dayaqlarından biri kimi formalaşır.
Azərbaycan bu layihənin
strateji mərkəzi rolunda çıxış edir:
Bakı-Tbilisi-Qars
dəmir yolu,
Ələt Beynəlxalq
Dəniz Limanı,
Naxçıvanın
gələcək tranzit potensialı,
Zəngəzur dəhlizi
layihəsi bu sistemin əsas komponentləridir.
Prezident
İlham Əliyev bu kontekstdə bildirdi ki, Zəngəzur dəhlizinin Azərbaycanın ərazisində
bütün infrastruktur hissəsi 2026-cı ilin ortalarınadək tamamlanacaq və regional
əlaqələrə yeni nəfəs verəcək.
Prezident
Tokayev isə statistik rəqəmlərlə qeyd etdi ki, Orta Dəhlizlə yük daşımaları 4,5
milyon tona çatıb və yaxın illərdə bu rəqəmin 10 milyon tona yüksəlməsi
planlaşdırılır.
Səfərin emosional məqamlarından
biri Prezident Tokayevin Azərbaycan Prezidentinə milli qazax geyimi – “çapan” hədiyyə
etməsi oldu. Bu hədiyyə sadəcə diplomatik jest deyil, dostluq, hörmət və
etimadın simvolu kimi qəbul edilir.
Tokayev bu
zaman qeyd etdi:
“Qazaxıstan
və Azərbaycan yalnız dost dövlətlər deyil, həm də qardaş xalqlardır.”
Prezident
İlham Əliyevin cavabı isə bu dostluğun tarixi köklərə əsaslandığını təsdiq
etdi:
“Xalqlarımızı
çoxəsrlik dostluq, mənəvi və mədəni ortaq dəyərlər birləşdirir.”
Prezident
İlham Əliyevin Qazaxıstana dövlət səfəri Azərbaycan-Qazaxıstan münasibətlərinin
yeni mərhələsinin başlanğıcı kimi tarixə düşdü. Bu səfər təkcə regional deyil,
qlobal səviyyədə türk birliyinin və Avrasiya əməkdaşlığının möhkəmlənməsinə
xidmət edir.
İki ölkə
arasındakı əlaqələr artıq “qardaşlıqdan strateji müttəfiqliyə” yüksəlib və bu
model türk dünyası üçün nümunə, regionun sabitliyi üçün təminat, gələcəyin
iqtisadi və texnoloji inkişafı üçün güclü təməl hesab olunur.
Bayram
Xudayarov,
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, "Heydər Əliyev məktəbinin
davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP fəalı.
Digər xəbərlər



