25 Oktyabr – Qubadlı şəhəri günü.

“Qubadlıya
öz sahibləri qayıdıb. Qubadlının işğaldan azad edilməsi tarixi hadisə idi.
Oktyabrın 25-də Qubadlı şəhərinin azad edilməsi bizim qələbəmizi
yaxınlaşdırdı.”
—
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev.
25
oktyabr xalqımızın yaddaşına Qubadlının işğaldan azad olunduğu möhtəşəm Zəfər
günü kimi həkk olunub. Bu hadisə Vətən müharibəsində dönüş nöqtəsi yaradaraq
Şuşaya gedən yolun qapısını açdı və Böyük Qələbəni daha da yaxın etdi. İşğala qədər
taxılçılığı, üzümçülüyü, tütünçülüyü, bostançılıq ənənələri və heyvandarlığı ilə
tanınan Qubadlı Azərbaycan kənd həyatının, zəhmətin və milli ruhun canlı təcəssümü
idi. Qubadlının azad olunması xalq–ordu–Ali Baş Komandan birliyinin sarsılmaz
gücünü dünyaya göstərdi, milli ruhumuzu, dövlət iradəmizi və azadlıq əzmimizi
daha da möhkəmləndirdi.
Bu
gün Qubadlıda aparılan bərpa və quruculuq işləri şəhərin tarixi simasını yenidən
canlandırır, Zəfərin izlərini əbədi yaşadır. Prezident İlham Əliyevin 19
oktyabr 2022-ci il tarixli səfəri zamanı “Zabuxçay” və “Bərgüşadçay” su
anbarlarının layihələri ilə tanışlığı, eləcə də “Azərişıq” ASC-nin 35 kV-luq
yarımstansiyası və Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyması bölgədə yeni həyatın,
işığın və böyük qayıdışın real təməlini qoydu. Qubadlı bu gün yenidən dirçəlir
— yollar çəkilir, işıq yanır, su gəlir, həyat qayıdır. Üçrəngli bayrağımız
qürurla dalğalanır və hər qarışı Vətən sevgisi ilə yoğrulmuş bu torpaqlar öz
sahiblərini böyük inamla qarşılayır.
Qubadlı
gününün mənası təkcə bir şəhərin azadlığı deyil — bu gün xalqımızın iradəsinin,
birliyinin və əbədi Zəfərinin rəmzidir. Qarabağ Azərbaycandır!
İsmayıl Salmanov,
YAP Hacıqabul rayon təşkilatının məsləhətçisi.
Digər xəbərlər



