44 gün ərzində Azərbaycan Ordusu hər gün irəliyə gedirdi.

Tarixi günlərin
də kövrəkliklə anılanı, həsrətlə gözləniləni olur. Torpaqlarımızın işğaldan
azad ediləcəyi gün belə gözlənilib. O günün başlanğıcı oldu 2020-ci ilin 27
sentyabrı...
Hər şey həmin
gün, tarixi əks-hücum əmrinin verilməsi ilə başladı. Ermənistanın növbəti hərbi
təxribatına qarşı başlayan, 44 gün davam edən əks-hücum əməliyyatı noyabrın
10-da tarixi qələbəmizlə başa çatdı. Tarixi ədalət bərpa edildi. O Zəfər tarixi
qələbəmizi şərtləndirdi.
Azərbaycan
Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyev xalqa hər müraciətində
haqqa, ədalətə söykənərək işğal altındakı bütün torpaqlarımızın tezliklə azad
ediləcəyini, üçrəngli bayrağımızın bu ərazilərimizdə dalğalanacağını böyük
inamla, əminliklə bildirirdi. Dövlətimizin başçısı çıxışlarında dəfələrlə qeyd
etmişdi: “Biz başqa ölkələrin torpağına iddiaçı deyilik.
Bizim başqa ölkələrin torpağında gözümüz yoxdur. Ancaq biz öz torpağımızda
ikinci qondarma erməni dövlətinin yaradılmasına heç vaxt icazə verməyəcəyik”. İnanırdıq, Xalq olaraq inanırdıq... Bu inam
2016-cı ilin Aprel döyüşlərində, 2018-ci ilin Günnüt əməliyyatında, 2020-ci
ilin Tovuz, həmçinin avqust təxribatlarında təcavüzkara layiqli cavab verildikdə
daha da gücləndi. Həmin gün - 27 sentyabrda əks-hücumun ilk həmləsindən rəşadətli
ordumuz tərəfindən kəndlərimizin azad olunması bu inamı bir əminliyə çevirdi.
Xalqımız “Dəmir yumruq” ətrafında, sözün həqiqi mənasında, yumruq kimi birləşdi.
Müzəffər Ali Baş Komandan xalqa müraciətində dediyi “Bizim işimiz haqq işidir, biz qalib gələcəyik” kəlamı hər bir vətəndaşımızda qürur, fərəh hissi
doğurmaqla ərazi bütövlüyümüzün bərpasında, torpaqlarımızın işğaldan azad edilməsində
mühüm əhəmiyyət daşıdı.
Şanlı
ordumuz 3 oktyabrda Suqovuşanı, 4 oktyabrda Cəbrayılı, 9 oktyabrda Hadrutu, 17
oktyabrda Füzulini, 20 oktyabrda Zəngilanı, 25 oktyabrda Qubadlını və nəhayət,
8 noyabrda Şuşa şəhərini işğaldan azad etdi. Ermənistan ağ bayraq qaldırdı.
Noyabrın 10-da Ermənistan kapitulyasiya aktını imzalamağa məcbur oldu. 2020-ci
ilin 10 noyabr bəyanatına əsasən, 20 noyabrda Ağdam, 25 noyabrda Kəlbəcər və 1
dekabrda Laçın Azərbaycana qaytarıldı.
Şuşanın
azad olunması Vətən müharibəsinin ən uğurlu, inanılmaz əməliyyatıdır. Bu döyüş
İkinci Qarabağ müharibəsində həlledici məqam oldu. Hərbi cəhətdən Şuşa şəhərinin
azad edilməsi müharibənin sonrakı gedişinə, eləcə də taleyinə ciddi təsir göstərdi.
Noyabrın 9-da rəşadətli Azərbaycan Ordusu 70-dən çox yaşayış məntəqəsini və bir
neçə mühüm strateji əhəmiyyətli yüksəkliyi işğalçılardan azad etdi.
İkinci
Qarabağ müharibəsində istifadə olunan döyüş taktikası dünya hərb tarixində
yenilik hesab olunur. Azərbaycan Ordusunun Şuşa uğrundakı döyüşlərdə sıldırım
qayaları dırmaşaraq düşməni yalın əl, bıçaq və yüngül atıcı silahlarla məğlub
etməsi dünyanın ən məşhur hərbi institutları, ABŞ, Rusiya, Çin və s. dövlətlər
tərəfindən araşdırılmaqla ətraflı şəkildə öyrənilməkdədir. Bütün bunlar Müzəffər
Ali Baş Komandanın sərkərdəliyi ilə rəşadətli Azərbaycan Ordusunun gücündən,
özünəməxsus bacarıq və səriştəsindən xəbər verir.
Noyabrın
10-da Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin xalqa müraciət edərək şanlı Qələbəmizi elan etməsi o günlərdə həmrəylik
nümayiş etdirən dünya azərbaycanlıları tərəfindən böyük coşqu, sevinc hissi ilə
qarşılandı.
Rəhim İmanov,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədri
Xıllı qəsəbə 2 saylı tam orta məktəbin direktoru
Digər xəbərlər



