Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq.

Beş il əvvəl – 2020-ci il noyabrın 8-də müzəffər
Ordumuz Şuşa şəhərini işğaldan azad edərək şanlı tarix yazdı. Qəhrəman əsgər və
zabitlərimiz yolsuzluq şəraitində uzun məsafə qət edərək, sıldırım qayalardan və
dərin dərələrdən keçərək düşməni Qarabağın döyünən qəlbi olan Şuşadan qovub
çıxardı.
Xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə
çevrilən bu möhtəşəm qələbə Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə əbədiləşdirildi.
Şuşa şəhərinin işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq
noyabrın 8-i Zəfər Günü elan edildi. 2021-ci il yanvarın 14-də isə dövlətimizin
başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şuşa şəhərində üçrəngli
bayrağımızı ucaltdı. Biz 28 illik ayrılıqdan sonra doğma Şuşaya qayıtdıq. Bu
qayıdışımızla Şuşaya yeni ruh, yeni nəfəs gəldi. Azadlığına qovuşmuş qədim şəhər
artıq böyük quruculuq, təmir-bərpa işlərinin, möhtəşəm tədbirlərin şahidinə
çevrilib. Düşmən tapdağından azad edilmiş Şuşanın yeni inkişaf dövrü başlayıb.
Ötən dörd ildə Şuşa şəhərində bir sıra mühüm infrastruktur layihələri icra
olunub. Eyni zamanda yaşayış kompleksinin təməli qoyulub.
Ötən ilin mayın 10-da Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci
yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə də
görüşüblər. Dövlətimizin başçısına və birinci xanıma kompleksdə görülən işlər
barədə məlumat verilib. Bildirilib ki, ilkin mərhələdə birinci yaşayış
kompleksinə köç qrafikinə əsasən 20 ailə olmaqla 88 nəfər köçürülüb. İyirmi üç
binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Kompleksin
təməli 2021-ci il avqustun 29-da qoyulub. Yaşayış kompleksi 28-i birotaqlı,
195-i ikiotaqlı, 190-ı üçotaqlı, 30-u dördotaqlı və 7-si beşotaqlı olan 450 mənzildən
ibarətdir. Sonra dövlətimizin başçısı və birinci xanım yaşayış kompleksində və
mənzillərdə yaradılan şəraitlə tanış olublar. Prezident İlham Əliyev və birinci
xanım Mehriban Əliyeva Şuşaya ilk köç edən ailələrlə görüşüblər. Qayıdışın
başlanmasını çox böyük sevinc hissi ilə qarşılayan şuşalılar məcburi köçkünlük
dövründə onlara göstərilən diqqət və qayğıya, həmçinin hazırda şəhərin bərpasına
və yenidən qurulmasına, orada müasir tələblərə cavab verən yaşayış şəraitinin
yaradılmasına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident xanım
Mehriban Əliyevaya dərin minnətdarlıqlarını bildiriblər.
Prezident İlham Əliyev, Azərbaycanın mədəni və
iqtisadi inkişafına görə böyük bir təsir göstərən liderdir. İlham Əliyevin Şuşaya
səfərləri, Azərbaycan tarixinin ən simvolik hadisələrindən biridir və bu səfərlər,
Azərbaycanın tarixi və mədəni irsinin bərpası üçün simvolik bir addımdır. Çox
şükür bu günlərə ki, artıq Şuşa sakinləri öz doğma torpaqlarına qayıdır. Bu, əsl
bayramdır. Xalqımızın ən böyük arzusu, amalı artıq gerçək olub. Allah həmişə
xalqımıza belə gözəl günlər nəsib etsin. Əziz Şuşamız indi doğma övladlarını nəfəsilə
daha dirçələcək, gülə-çiçəyə bürünəcəkdir.
Elmira Kazımova,
YAP Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının
sədri
Neftçala rayon Mədəniyyət Mərkəzinin direktoru
Digər xəbərlər



