Prezident İlham Əliyev: “Elm Azərbaycanın gələcək inkişafının əsas dayağıdır”

AMEA-nın
80 illik yubileyində dövlət başçısı elm və innovasiyanın milli prioritetlərdəki
rolunu vurğuladı.
3
noyabr 2025-ci il tarixində Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik
yubileyi münasibətilə keçirilən təntənəli mərasimdə Prezident İlham Əliyev
elmin ölkənin gələcək inkişafındakı strateji rolundan, alimlərin cəmiyyətə
verdiyi töhfələrdən və qarşıdakı illər üçün yeni hədəflərdən danışıb.
Dövlət
başçısı çıxışına alimləri təbrik etməklə başlayıb:
“Hörmətli
xanımlar və cənablar, dəyərli alimlər! Sizi Akademiyanın 80 illik yubileyi
münasibətilə səmimi qəlbdən təbrik edir, gələcək fəaliyyətinizdə uğurlar
arzulayıram.”
Prezident
vurğulayıb ki, Akademiya səkkiz onillik ərzində Azərbaycanın elmi düşüncəsinin
və intellektual həyatının əsas mərkəzinə çevrilib. Onun sözlərinə görə,
AMEA-nın fəaliyyəti yalnız elmi nailiyyətlərlə deyil, həm də dövlət idarəçiliyinə,
təhsilə və texnoloji inkişafa təsiri ilə ölçülür:
“Bu
illər ərzində Akademiya ölkəmizdə elm sahəsinin lider qüvvəsi olub. Azərbaycan
alimləri həmişə elmi və ictimai həyatın önündə gediblər.”
İlham
Əliyev çıxışında qeyd edib ki, müasir dövr yeni çağırışlar qarşıya qoyur və Azərbaycan
elmi bu dəyişikliklərə çevik şəkildə uyğunlaşmalıdır:
“Azərbaycan
tamamilə yeni bir mərhələdə yaşayır. Biz dünyada baş verən elmi və texnoloji
proseslərdən geri qalmamalı, əksinə, onlara öz töhfəmizi verməliyik.”
Prezident
xüsusilə süni intellekt, biotexnologiya, enerji səmərəliliyi və müdafiə sənayesi
kimi istiqamətlərin prioritet olacağını bildirib:
“Süni
intellekt artıq bütün ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Biz bu
sahədə geri qalmamalı, milli potensialımızı gücləndirməliyik.”
Dövlət
başçısı həmçinin son illərdə elmin maliyyələşdirilməsinin əhəmiyyətli dərəcədə
artdığını diqqətə çatdırıb:
“Son
on il ərzində Azərbaycanda elmin maliyyələşdirilməsi iki dəfədən çox artmışdır.
Bu, dövlətin elmə və alimlərə olan münasibətinin göstəricisidir.”
Nitqində
Prezident Heydər Əliyev dövrünə də xüsusi yer ayıraraq, ötən əsrin 70-ci illərində
gənclərin SSRİ-nin qabaqcıl universitetlərinə göndərilməsinin bu günün elmi
kadr potensialının formalaşmasında mühüm rol oynadığını xatırladıb.
Cənab
Prezident İlham Əliyev həmçinin, Azərbaycanın son illərdə qazandığı uğurlardan
danışaraq bildirib ki, bu nailiyyətlərdə elmin və intellektual potensialın da
payı böyükdür:
“Bir
neçə gün sonra biz şanlı Qələbəmizin beş illiyini qeyd edəcəyik. Bu Qələbə
yalnız hərbi sahədə deyil, həm də milli iradə və intellektin təntənəsidir.”
Çıxışının
sonunda Prezident elm ictimaiyyətinə müraciətlə qeyd edib:
“Mən
əminəm ki, Azərbaycan Milli Elmlər Akademiyası və alimlərimiz bundan sonra da
ölkəmizin uğurlu inkişafına öz töhfələrini verəcəklər. Elm bizim gələcəyimizin
təminatıdır.”
AMEA-nın
yubiley tədbiri Azərbaycan elminin yeni mərhələyə qədəm qoyduğunu nümayiş
etdirdi. Dövlətin elmi potensiala verdiyi önəm, alimlərin məsuliyyət hissi və
texnoloji islahatlara yönələn siyasət bu sahənin qarşıdakı illərdə daha da
inkişaf edəcəyinə inam yaradır.
Hökmalı Mirzəyev
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



