Xalqın iradəsini ən yüksək səviyyədə ifadə edən Konstitusiyamız

Azərbaycanın
dövlət müstəqilliyinin bərpa olunduğu ilk illərdə Ulu Öndər Heydər Əliyevin qətiyyət
və ləyaqətlə həyata keçirdiyi əsaslı islahatlar respublikamızı hüquqi, dünyəvi
dövlət quruculuğuna doğru yönəltdi. 1995-ci ilin mayında Onun sədrliyi ilə
Konstitusiya Komissiyası formalaşdırıldı. Komissiyanın hazırladığı əhatəli
Konstitusiya layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verildi.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də
ümumxalq səsverməsinə çıxarıldı. Referendumda seçicilərin 86 faizi iştirak
etdi. Onların 91,9 faizi Konstitusiyanın qəbul edilməsinin lehinə səs verdi.
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri
olmaqla yanaşı, Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı
böyük xidmətlərindən biridir.
Bəli,
bunun nəticəsində keçmiş sovet konstitusiyalarından fərqli olaraq, müstəqil Azərbaycanın
Konstitusiyası insan və vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını dövlətin
ali məqsədi kimi bəyan etdi. Hakimiyyət bölgüsünün əsas prinsiplərini müəyyənləşdirdi.
İnsan və vətəndaş hüquqlarının, azadlıqlarının müdafiəsini qanunvericilik, icra
və məhkəmə hakimiyyəti orqanları üzərinə ümdə vəzifə olaraq qoydu. Təsadüfi
deyil ki, şəxsiyyətin toxunulmazlığı, insan həyat və sağlamlığının qorunması,
layiqli həyat səviyyəsinin təmin olunması, humanizm və insanpərvərlik prinsipləri
Azərbaycan Konstitusiyasının başlıca mahiyyətini təşkil edir. Belə ki, 5 bölmə,
12 fəsil, 158 maddədən ibarət Konstitusiyada insan hüquq və azadlıqlarına geniş
yer verilməsi ölkəmizin demokratiya ideallarına sadiqliyinin göstəricisidir.
Ölkəmizin
Ali Qanunu cəmiyyətimizdə demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu
prosesinə hüquqi baza yaratdı və onun inkişafına güclü təkan verdi.
Konstitusiya qəbul edilən gün - noyabrın 12-də respublika parlamentinə ilk dəfə
çoxpartiyalı sistem əsasında demokratik seçkilər də keçirildi. İlk
Konstitusiyanın milli dövlətçilik tarixində müstəsna əhəmiyyəti nəzərə
alınaraq, 1996-cı il 1 noyabr tarixli Prezident Fərmanına əsasən hər il
noyabrın 12-si Konstitusiya Günü kimi qeyd edilir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə
2016-cı il sentyabrın 26-da keçirilmiş referendumla Konstitusiyaya üçüncü dəfə
əlavə və dəyişikliklər edilib. 29 maddəyə edilən əlavə və dəyişikliklər
ölkəmizdə demokratiyanın daha da genişlənməsinə, xalqın dövlət idaretməsində
yaxından iştirakı na yeni imkanlar yaradırdı.
Bəli,
Azərbaycanın ilk Konstitusiyasının qəbulu ölkənin inkişafında tamamilə yeni mərhələnin
başlanğıcının qoyulmasının göstəricisi idi. Bu mərhələ öz növbəsində siyasi
sistemin mərkəzində insan hüquq və azadlıqlarının, demokratik və hüquqi dövlət
ideyalarının olması ilə səciyyələnir. Müəllifi Ulu Öndər Heydər Əliyev olan
Əsas Qanunda müasir cəmiyyətin əsas inkişaf istiqamətlərini müəyyən edən dəyərlər
geniş şəkildə əks olunmuşdur. Belə ki, dövlət hakimiyyət orqanlarının
demokratik qaydada formalaşdırılması, insan şəxsiyyətinə və ləyaqətinə hörmət,
insan hüquq və azadlıqlarının effektiv müdafiə mexanizmlərinin mövcudluğu,
hakimiyyət bölgüsünün təmin edilməsi, sosial ədalətə nail olmaq, milli
qanunvericiliyin beynəlxalq hüquqa uyğunlaşdırılması kimi və digər mühüm müddəalar
Konstitusiyada öz əksini tapmışdır. Bu sənəd heç bir ayrı- seçkiliyə yol vermədən
hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. Azərbaycan
Respublikasının Konstitusiyasında qadınların kişilərlə bərabərhüquqlu olması təsdiq
edilib və qeyd olunub ki, ölkədə kişi ilə qadının eyni hüquq və azadlıqları
vardır. Bununla da, demokratik cəmiyyət quruculuğunda qadınların iştirakının
hüquqi bazası yaradılıb. Bu isə öz növbəsində ictimai-siyasi həyatımızın bütün
sferalarında gender siyasətinin güclənməsinə gətirib çıxarmışdır. Hüquq bərabərliyi
bir sıra məcəllələrlə, o cümlədən Ailə, Mülki, Əmək, Cinayət, İnzibati Xətalar
Məcəllələr ilə və digər qanunlarla təsbit olunmuşdur. Ümumiyyətlə, Azərbaycan
Respublikası Konstitusiyasının təxminən üçdə biri (24-71-ci maddələr) məhz birbaşa
insan hüquq və azadlıqlarının təsbitinə və qorunmasına həsr olunmuşdur. «Əsas
insan və vətəndaş hüquqları və azadlıqları» adlanan III fəsil məhz bu barədədir.
Orada insanlara doğulduğu andan mənsub olan toxunulmazlıq, pozulmaz və ayrılmaz
hüquq və azadlıqların hər biri ətraflı şərh edir, onların reallaşdırılmasına təminat
verir, müdafiəsi təsbit olunur.
Bu
sənədin əsas dəyəri ondan ibarətdir ki, məzmunca xalqın iradəsini ifadə edir,
Azərbaycan dövlət quruluşunun təsisatını, hüquqi əsaslarını göstərir. Azərbaycanda
dövləti idarəetmənin prinsiplərini, dövlət və xalq arasında münasibətləri əks
etdirir, hüquqi, demokratik dünyəvi dövlətin qurulması üçün bütün hüquqi əsasları
yaradır. Konstitusiya mahiyyətcə ölkənin tam müstəqilliyini, ərazi bütövlüyünü,
Azərbaycan xalqının, vətəndaşlarının hər birinin hüquqlarının toxunulmazlığını,
respublikamızın bölünməzliyini, hakimiyyətin heç bir qüvvə tərəfindən mənimsənilə
bilməzliyini təmin edir.
Müsbət
haldır ki, xalqımız Əsas Qanunun qəbulunun 30-cu ildönümünü qalib xalq kimi
ikiqat sevinc hissi ilə qeyd edir. Prezident, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində tarixi Qələbənin qazanılması və Azərbaycanın
ərazi bütövlüyünün bərpa olunması Konstitusiyamızın ölkəmizin bütün ərazisində tətbiqinə
imkan yaratdı.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri



