Ümummilli Lider Heydər Əliyev və müstəqil Azərbaycanın ilk Konstitusiyası.

Konstitusiyanın
qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri olmaqla yanaşı, Ulu
öndərimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərindən
biridir. Bu Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən,
demokratik inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni,
iqtisadi sferalarında köklü dəyişiklikləri özündə əks etdirən, qanunvericiliyin
təkmilləşdirilməsində hüquqi baza rolunu oynayan mükəmməl sənəddir. Ulu öndər
Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın hazırlanan ilk
Konstitusiyası 1995-ci il noyabrın 12-də keçirilmiş ümumxalq səsverməsi
(referendum) yolu ilə qəbul edilib. Dövlətin Əsas Qanunu 1995-ci il noyabrın
27-də qüvvəyə minib.
1995-ci
ildə qəbul olunmuş Konstitusiya müstəqil Azərbaycanın ilk Konstitusiyasıdır.
Ulu
öndər Heydər Əliyevin sədrliyi ilə 1995-ci ilin may ayında Konstitusiya
Komissiyası yaradılir. Komissiyanın hazırladığı bitkin, əhatəli Konstitusiya
layihəsi 1995-ci ilin oktyabrında ümumxalq müzakirəsinə verilir. Müstəqil Azərbaycan
Respublikasının ilk Konstitusiyası 1995-ci il noyabrın 12-də isə ümumxalq səsverməsinə
çıxarılır. Referendumda seçicilərin 86 faizi iştirak edir. Onların 91,9 faizi
Konstitusiyanın qəbul edilməsinin lehinə səs verir. Bununla da əsas Qanun
noyabrın 27-də hüquqi qüvvəyə minir.
Bu
Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrindən biri
olmaqla yanaşı, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısındakı böyük xidmətlərindən biri kimi dəyərləndirilməlidir. Bu
Konstitusiya müstəqil dövlət quruculuğu prosesini tənzimləyən, demokratik
inkişafa təminat yaradan, cəmiyyətin siyasi, sosial, mədəni, iqtisadi
sferalarında köklü dəyişiklikləri özündə ehtiva edən, qanunvericiliyin təkmilləşdirilməsində
hüquqi baza rolunu oynayan mükəmməl və mütərəqqi sənəd idi. Təsadüfi deyil ki,
Konstitusiyamızın müəllifi ulu öndər Heydər Əliyev Əsas Qanunun ən mükəmməl
formada hazırlanmasını zəruri sayaraq bildirirdi: “Bizim yeni konstitusiyamız,
şübhəsiz ki, birinci növbədə, Azərbaycan Respublikasının dövlət müstəqilliyini,
bu müstəqilliyin əbədi olduğunu və dövlət müstəqilliyini qoruyub saxlamaq,
yaşatmaq üçün bütün prinsipləri əks etdirməlidir. Yeni Konstitusiyamız
demokratik prinsipləri özündə əks etdirməlidir. Yəni dünya demokratiyasının əldə
etdiyi bütün nailiyyətlərdən, demokratiya sahəsində inkişaf etmiş dövlətlərin
konstitusiya təcrübəsindən istifadə etməli və Azərbaycan Respublikasının özünəməxsus
tarixi, milli ənənələrini əks etdirən prinsipləri özündə cəmləşdirməlidir”.
Sahib Aslanov,
YAP fəalı, Hacıqabul rayon
Ağsaqqallar Şurasının sədri.



