Ulu Öndər Heydər Əliyev Müstəqil dövlətimizin Konstitusiyası – sabitliyin və inkişafın hüquqi təməli

Azərbaycan
dövlətçiliyinin müasir tarixi mərhələsi Ulu Öndər Heydər Əliyevin uzaqgörən
siyasəti, dərin zəkası və milli iradəyə əsaslanan liderlik fəaliyyəti ilə
bilavasitə bağlıdır. Məhz bu böyük şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyinin
bərpasından sonrakı ən mürəkkəb illərdə siyasi xaosdan, iqtisadi böhrandan
xilas olaraq inkişaf və sabitlik yoluna qədəm qoydu. Ulu Öndərin həyata keçirdiyi
islahatlar nəticəsində ölkəmizdə hüquqi, demokratik və dünyəvi dövlət
quruculuğuna yönəlmiş dərin institusional dəyişikliklər həyata keçirildi. Bu
prosesin ən mühüm və tarixi mərhələsi 1995-ci il noyabrın 12-də Azərbaycan
Respublikasının ilk milli Konstitusiyasının qəbul edilməsi oldu.Müstəqilliyin
ilk illərində ölkə siyasi sabitlik, iqtisadi çətinliklər və separatizm təhlükəsi
ilə üz-üzə idi. Belə bir zamanda Ulu Öndər Heydər Əliyevin qətiyyəti ilə dövlət
idarəçiliyi bərpa olundu, milli həmrəylik təmin edildi və hüquqi dövlət
quruculuğuna əsas yarandı. Ulu Öndər Heydər Əliyev bu istiqamətdə ən mühüm
addımı – Azərbaycan Respublikasının yeni Konstitusiyasının hazırlanması ilə
atdı.
1995-ci
ilin may ayında Heydər Əliyevin sədrliyi ilə Konstitusiya Komissiyası
yaradıldı. Komissiyanın hazırladığı layihə demokratik prinsiplər, insan hüquq və
azadlıqlarının qorunması, hakimiyyət bölgüsü və seçkili orqanlar prinsiplərinə əsaslanırdı.Ulu
Öndərin sözləri ilə desək:
“Biz elə
bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o,
müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət
sabit yaşamasını təmin edən Əsas Qanun, tarixi sənəd olsun.”
Əhalinin
geniş iştirak etdiyi ümumxalq müzakirələrindən sonra 1995-ci il noyabrın 12-də
keçirilən referendumda seçicilərin 91,9 faizi Konstitusiyanın lehinə səs verdi.
Bu hadisə müstəqil Azərbaycan tarixində ilk dəfə idi ki, xalq birbaşa səsvermə
yolu ilə dövlətin Əsas Qanununu qəbul edirdi.
Beləliklə,
Azərbaycan RespublikasınınKonstitusiyası 1995-ci il noyabrın 27-də qüvvəyə
mindi və bu tarixdən etibarən ölkəmizdə demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu üçün hüquqi baza yaradıldı.
Yeni
Konstitusiya yalnız bir hüquqi sənəd deyil, həm də milli dövlətçiliyin ideoloji
əsaslarını, xalqın azad iradəsini və milli birliyini ifadə edən siyasi
manifestdir. O, dövlət idarəetməsində hakimiyyət bölgüsünü — qanunverici,
icraedici və məhkəmə hakimiyyətləri arasında tarazlığı təmin etdi.
Eyni
zamanda, vətəndaşların hüquq və azadlıqlarının təminatı, mülkiyyət
toxunulmazlığı, söz və vicdan azadlığı, qadın və kişi bərabərliyi, azlıqların
hüquqları kimi fundamental prinsiplər də Əsas Qanunda öz əksini tapdı.
Konstitusiyanın
qəbul edildiyi gün – 12 noyabr, 1996-cı ildən etibarən Azərbaycan Respublikasında
Konstitusiya Günü kimi qeyd olunur. Bu, təkcə hüquqi sənədin deyil, dövlətimizin
və xalqımızın azadlıq və ədalət idealına sadiqliyinin bayramıdır.Ümummilli
Lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu siyasəti bu gün Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir dövrdə Konstitusiya dövlət
idarəetməsinin, iqtisadi və sosial islahatların, insan hüquqlarının və
demokratiyanın inkişafında canlı sənəd kimi qalmaqdadır.
Prezident
İlham Əliyevin təşəbbüsü ilə 2016-cı il sentyabrın 26-da keçirilmiş referendum
nəticəsində Konstitusiyanın 29 maddəsinə 41 dəyişiklik və əlavə edildi.Bu dəyişikliklər:
Ali
hakimiyyət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə,
Məhkəmə
sisteminin səmərəliliyinin artırılmasına,
İnsan
hüquq və azadlıqlarının müdafiəsinin gücləndirilməsinə,
Yerli
özünüidarəetmə orqanlarının məsuliyyətinin artırılmasına yönəldi.
Bu
islahatlar nəticəsində Azərbaycan Respublikasının Konstitusiyası yeni dövrün tələblərinə
uyğunlaşdırıldı və ölkəmizin müasir inkişaf mərhələsinin hüquqi dayağına
çevrildi. Prezident İlham Əliyevin sözləri ilə desək:
“Xalqımızın
Ümummilli Lideri, müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin
bilavasitə rəhbərliyi ilə hazırlanmış Konstitusiya müasir dünyanın sivil dəyərləri
və qanun yaradıcılığı təcrübəsinə, xalqımızın çoxəsrlik dövlətçilik ənənələrinə,
milli və ümumbəşəri prinsiplərə söykənərək demokratik, hüquqi, dünyəvi dövlət
quruculuğu üçün möhkəm təməl yaratmışdır.” Azərbaycan Respublikasının
Konstitusiyası hər bir vətəndaş üçün hüquq bələdçisidir. Onun əsas mahiyyəti
xalqın iradəsini, dövlətin suverenliyini, azad cəmiyyətin dəyərlərini
qorumaqdır. Ulu Öndər Heydər Əliyevin irsində Konstitusiya təkcə hüquqi sənəd
deyil, həm də dövlətin mənəvi sütunu, xalqın birliyinin rəmzidir.
Məhz bu sənəd
sayəsində Azərbaycan hüquqi sabitlik, siyasi balans və iqtisadi inkişaf kimi
fundamental istiqamətlərdə inamla irəliləyir. Dövlətin vətəndaş qarşısında məsuliyyətini
müəyyən edən Konstitusiya, əslində, insan amilini dövlət siyasətinin mərkəzinə
qoyur. Bu mənada, Azərbaycan Konstitusiyası təkcə hüquq kitabı deyil, həm də azərbaycançılıq
ideyasının daşıyıcısı, milli suverenliyin təminatçısı və gələcək nəsillər üçün
azad, ədalətli dövlət modelinin əsas sənədidir. 12 Noyabr – Azərbaycan Respublikasının
Konstitusiyası Günü, Ulu Öndər Heydər Əliyevin dövlətçilik tariximizdə qoyduğu ən
möhtəşəm izlərdən birini təcəssüm etdirir. Bu gün həm də onun uzaqgörən
ideyalarının Prezident İlham Əliyevin rəhbərliyi ilə müasir dövrdə uğurla həyata
keçirildiyinin göstəricisidir.
Azərbaycan
Konstitusiyası müstəqil dövlətimizin varlığını, xalqımızın birliyini və gələcəyə
inamını ifadə edən müqəddəs sənəddir. O, sabitliyin, ədalətin və inkişafın
hüquqi təminatıdır.
“Konstitusiyamız
ümumbəşəri dəyərlərə və mütərəqqi milli ənənələrə söykənərək, bu günün
reallıqlarını, dövlətin, cəmiyyətin inkişaf perspektivlərini əks etdirir.”
Ulu Öndər Heydər
Əliyev
Bayram
Xudayarov
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
"Heydər
Əliyev məktəbinin davamçıları" Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın
fəal üzvü



