Hacıqabulda aşan "Prado"da sürücünün anası ölüb.

2019-05-30 Baxış: 681
img

30.05.2019

Mayın 29-da saat 12 radələrində Hacıqabul rayonunun Qarasu kəndi ərazisində Bakı şəhər sakini N.Hüseynov idarə etdiyi “Toyota Prado” markalı avtomobili aşırmışdır.

MAYAKİNFO- nun əldə etdiyi məlumata görə, hadisə nəticəsində avtomobildə olan sərnişin sürücünün anası Afət Hüseynova hadisə yerində ölmüşdür.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.