Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr, ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir.

Prezident
İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə (UzA) verdiyi müsahibəyə
münasibət bildirərkən qeyd edib ki, Azərbaycan və Mərkəzi Asiya ölkələrinin
artan strateji əhəmiyyətə malik vahid tarixi, mədəni, coğrafi və geosiyasi məkan
formalaşdırılır. Ölkələrimizi təkcə coğrafiya deyil, həm də tarixi-mədəni əlaqələr,
ortaq dini və mənəvi dəyərlər, adət-ənənələr birləşdirir. Azərbaycanın Özbəkistanla
münasibətləri də xüsusi qeyd edilməlidir. Özbəkistan Azərbaycan üçün qardaş ölkə
və etibarlı müttəfiqdir. Dost ölkələri ortaq köklər, mənəvi dəyərlər, dil,
etnik yaxınlıq, zəngin tarixi və mədəni irs birləşdirir. Əsrlər boyu qardaş
xalqlarımız bir-birinə dərin rəğbət və hörmət bəsləyiblər. Sevindirici haldır
ki, dövlətlərarası münasibətlərimiz bu möhkəm təməl üzərində uğurla inkişaf
edir və ən yüksək müttəfiqlik səviyyəsindədir. İki ölkə arasında münasibətlərin
inkişafına təsir edən əsas amillərdən biri də Özbəkistan Prezidenti ilə Azərbaycan
Prezidenti arasında yaranan şəxsi etimad və dostluq münasibətləridir. Son bir
il yarım ərzində beş qarşılıqlı səfərin baş tutması zamanı onlarla mühüm sənəd,
o cümlədən strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə,
Müttəfiqlik münasibətləri haqqında Müqavilə, “Azərbaycan Respublikası ilə Özbəkistan
Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Müqavilənin həyata
keçirilməsi üzrə 2025-2029-cu illər üçün “Yol Xəritəsi” və digər sənədlər
imzalanıb. Əlbəttə, qısa müddət ərzində çox böyük işlər görüldü. Bütün bu
qarşılıqlı səfərlər Azərbaycan-Özbəkistan münasibətlərinin həm ikitərəfli əsasda,
həm də Mərkəzi Asiya və Xəzər regionu da daxil olmaqla, vahid coğrafi məkanda
yeni tərəfdaşlıq imkanlarının reallaşdırılması baxımından bütün sahələrdə möhkəmləndirilməsinə
əhəmiyyətli təkan verib.
Özbəkistan
Azərbaycanın ərazi bütövlüyünü dəyişməz olaraq dəstəkləyib: “Prezident qardaş
Özbəkistana Qarabağın bərpasına verdiyi töhfəyə, xüsusən də azad edilmiş
Füzulidə böyük özbək alimi Mirzə Uluqbəyin adını daşıyan və hazırda təxminən
600 şagirdin təhsil aldığı məktəbin tikintisinə görə minnətdarlığını bildirib.
Özbəkistan Qarabağ bölgəsinin yenidən qurulmasına yardım göstərmək təşəbbüsünü
irəli sürən ilk ölkə, bu ölkənin Prezidenti isə dünyada ilk lider olub. Ölkələrimiz
arasında əməkdaşlıq təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq
platformalarda uğurla inkişaf edir. Azərbaycan və Özbəkistan Türk Dövlətləri Təşkilatının
fəal üzvləridir və türk birliyinin möhkəmləndirilməsinə mühüm töhfələr verirlər.
Bundan əlavə, münasibətlərimiz BMT, Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı,
İqtisadi Əməkdaşlıq Təşkilatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində
uğurla inkişaf edir”.
Azərbaycan
ilə Özbəkistanın iqtisadi, siyasi, mədəni, humanitar sahələrdə güclü qardaşlıq
münasibətlərini əyani şəkildə nümayiş etdirir, xalqlarımız arasında dostluğun
möhkəmlənməsinə, mənəvi və mədəni qarşılıqlı əlaqələrin daha da inkişafına xidmət
göstərir.
Elbrus Əliyev,
YAP
fəalı, Hacıqabul şəhər N.Ağayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin
direktoru.
Digər xəbərlər



