Azərbaycan–Özbəkistan Strateji Müttəfiqliyinin Güclənməsi: Prezident İlham Əliyevin UzA-ya Müsahibəsindən Önəmli Mesajlar

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Özbəkistanın Milli İnformasiya
Agentliyinə (UzA) verdiyi müsahibə iki ölkə arasında möhkəm və sarsılmaz
strateji tərəfdaşlığın daha da dərinləşməsinə dair mühüm mesajlarla yadda
qaldı. Müsahibə tarixi qardaşlıq əlaqələrinə, iqtisadi inteqrasiyaya və gələcəyə
yönəlmiş enerji əməkdaşlığına dair kompleks baxış təqdim edir.
Prezident
İlham Əliyev Özbəkistanı Azərbaycan üçün qardaş ölkə və etibarlı müttəfiq kimi
xarakterizə edərək vurğuladı ki, bu münasibətlər əsrlərdən gələn mədəni, dil və
mənəvi bağlara söykənir. Bu gün iki ölkə təkcə tarixi yaxınlıqla deyil, həm də
siyasi iradə və sıx əməkdaşlıqla bir-birinə bağlıdır. Dövlət başçıları arasında
səmimi münasibətlər bu tərəfdaşlığın daha da möhkəmlənməsində mühüm rol
oynayır.
Müsahibədə
iqtisadi və ticarət sahəsində əldə olunan nəticələr xüsusi qeyd olunub. Ölkələr
arasında ticarət dövriyyəsinin dinamik artımı, qarşılıqlı investisiyaların
genişlənməsi və sənaye layihələrinin icrası Azərbaycan–Özbəkistan münasibətlərinin
praktiki nəticələrini nümayiş etdirir. Prezident İlham Əliyev iqtisadi əməkdaşlığın
hazırkı səviyyəsinin tam məmnunluq doğurduğunu və bu inkişafın qarşıdakı illərdə
daha da sürətlənəcəyini bildirib.
Energetika
sahəsi də Prezidentin müsahibəsində əsas istiqamətlərdən biri kimi diqqətə
çatdırılıb. Azərbaycanın enerji infrastrukturu və Özbəkistanın geniş sənaye
potensialı bu sahədə qarşılıqlı əməkdaşlığı daha da gücləndirir. Xüsusilə yaşıl
enerji, bərpa olunan mənbələr, alternativ enerji layihələri və elektrik
enerjisi mübadiləsi gələcək tərəfdaşlığın prioritetlərindən biri kimi qiymətləndirilib.
Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurda yaratdığı “yaşıl enerji zonası” da bu əməkdaşlıq
üçün yeni imkanlar açır.
Prezident
İlham Əliyevin UzA-ya müsahibəsi göstərdi ki, Azərbaycan və Özbəkistan
arasındakı münasibətlər təkcə bu günün deyil, gələcəyin də strateji xəttini müəyyən
edir.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



