10 noyabr 2020-ci il tarixli bəyanatın gücü – işğalçı Ermənistan qüvvələrinin Ağdamdan çıxarılması

Azərbaycan 44 günlük Şanlı Vətən müharibəsində bütün gücünü və milli
birliyini dünyaya göstərdi. 44 günlük Vətən Müharibəsi şanlı Zəfər tariximizdir
və bu Zəfəri xalqımıza bəxş edən isə Müzəffər Ali Baş Komandan cənab İlham
Əliyevin rəhbərliyi ilə tarix yazan şanlı Azərbaycan Ordusudur.
Azərbaycan ordusunun əks hücum əməliyyatları nəticəsində bütün hərbi
birlikləri iflic vəziyyətinə gətirilmiş Ermənistan ordusu 44 gün ərzində demək
olar ki, məhv edilmişdi və belə bir rüsvayçı məğlubiyyətdən qurtulmağın tək
yolunu kapitulyasiya aktına imza atmaqda gördü. Azərbaycan ordusunun sarsıdıcı
zərbələri qarşısında çıxılmaz vəziyyətdə qalan Ermənistanın hərbi-siyasi rəhbərliyi
ordumuzun qüdrəti qarşısında diz çokdü. Döyüş meydanında rüsvayçı məğlubiyyətə
düçar olan Ermənistanın imzaladığı kapituliyasiya aktına əsasən, Azərbaycan
noyabrın 20-də Ağdam rayonu Müzəffər Ali Baş Komandanın İkinci Qarabağ
müharibəsində yürütdüyü hərbi-siyasi uğurun davamı olaraq bir güllə atılmadan
azad edildi və düşmən rayondan çıxmağa məcbur edildi.
2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” medal təsis
edildi. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin Sərəncamları
ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu “Ağdamın
azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. Ağdamı xarici və yerli
jurnalistlər Qafqazın Xirosiması adlandırıblar. İşğaldan azad olunmuş Ağdam
erməni vandalizmin şahididir. Ermənistan qəsdən mədəni və dini abidələrimzi
vandalizmə məruz qoymuş, təhqir və qarət etmişdir. Prezident İlham Əliyevin 31
iyul 2023-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad
edilmiş əraziləri üzrə şəhər günləri təsis edilmişdir. Sözügedən Sərəncama
əsasən 20 noyabr Ağdam şəhəri günü kimi müəyyən olub.
Bu gün Prezident cənab İlham Əliyevin müvafiq göstəriş və
tapşırıqları əsasında digər işğaldan azad olunmuş ərazilərimiz kimi Ağdam
rayonunda da quruculuq-tikinti işləri uğurla davam etdirilməkdədir. Bu da onu
söyləməyə əsas verir ki, çox qısa müddət ərzində Böyük Qayıdış Dövlət Proqramı
işğaldan azad olunmuş Ağdam rayonunda da icra olunur.
Azərbaycan regionda, Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əsas
təminatçısıdır. Bu gün dövlətimizin əsas prioritet məsələlərindən biri Vətən
müharibəsi zamanı işğaldan azad olunmuş ərazilərimizdə infrastruktur
layihələrinin icrası, kənd təsərrüfatı sahələrinin inkişaf etdirliməsidir. Ölkə
Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncam və tapşırıqlarına əsasən bu
gün işğaldan azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işləri uğurla davam
etdirilir.
Prezident cənab İlham Əliyevin 15 oktyabr 2023-cü il tarixində
Xankəndi şəhərində Azərbaycan xalqına müraciəti 44 günlük Vətən müharibəsindəki
zəfər sevinci kimi bizlərə növbəti qələbə müjdəsini yaşatdı. Bu tarixi müraciət
bir daha xalqımızın qələbə əzminin, sücayətinin dünyaya nümayiş simvoluna
çevrildi və Azərbaycanın suverenliyi tam bəpa olundu.
10 noyabr 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarını
yerinə yetirməyən, suveren ərazilərimizdə saxta seçkilər keçirən, həmçinin
terrorçu dəstələr yaradan erməni separatçıları gec-tez öz layiqli cəzalarını
almalı idi və bu belədə oldu.
19 sentyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Silahlı
Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə cəmi 24
saata yaxın müddət ərzində həyata keçirilmiş antiterror tədbirləri nəticəsində
qeyri-qanuni erməni hərbi birləşmələrinə ciddi zərbələr endirildi və düşmən ağ
bayraq qaldıraraq təslim oldu. Bununla da, ərazidə olan qanunsuz birləşmələrin
tərkisilah edilməsi prosesinə başlanıldı. Bu Azərbaycanın həm hərbi, həm də
diplomatik sahədə əldə etdiyi növbəti tarixi zəfər səlnaməsidir.
Xüsusilə qeyd etmək lazımdır ki, Azərbaycanın bütün addımları
legitimdir, hüquqidir, ədalətlidir və Beynəlxalq hüququn norma və prinsiplərinə
əsaslanır. Bu gün ölkəmizin həyata keçirdiyi balanslaşdırılmış siyasət kursu da
regionda sülhün və təhlükəsizliyin əsas qarantına çevrilmişdir. Artıq dünya gücləri
yeni reallıqları qəbul edib. Ermənistan da bu reallıqları qəbul etməyə
məcburdur.
Pikə
Ağaverdiyeva,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Astanlı kənd
tam orta məktəbin müəllimi
Digər xəbərlər



