Ölkələrimiz arasında iqtisadi-ticari əməkdaşlığın dinamikası tam məmnunluq doğurur.

Azərbaycan
ilə Qazaxıstan arasında iqtisadi-ticari əməkdaşlıq qədim dostluq və ortaq
tarixi köklərə əsaslanan strateji tərəfdaşlıq münasibətləri çərçivəsində
inkişaf edir. Hər iki ölkə türkdilli dövlətlər arasında səmərəli əməkdaşlıq
nümunəsi yaratmış, regional və beynəlxalq təşkilatlar çərçivəsində bir-birini
daim dəstəkləmişdir. Bu əlaqələr təkcə siyasi müstəvidə deyil, eyni zamanda
iqtisadi, ticarət, nəqliyyat, energetika, logistika, kənd təsərrüfatı, sənaye,
turizm və digər sahələri əhatə edən geniş spektrli əməkdaşlıq formatında öz əksini
tapır. Azərbaycan və Qazaxıstan iqtisadi potensialı baxımından biri Cənubi
Qafqazın, digəri isə Mərkəzi Asiyanın aparıcı ölkələridir. Hər iki ölkənin zəngin
enerji resurslarına malik olması, geostrateji mövqeyi və tranzit imkanları
onları qarşılıqlı şəkildə həm rəqib deyil, həm də strateji tərəfdaş edir. Bu
baxımdan, enerji resurslarının daşınması, nəqliyyat dəhlizlərinin birgə inkişaf
etdirilməsi və rəqəmsal iqtisadiyyatın təşviqi kimi sahələrdə əməkdaşlıq gündən-günə
genişlənir. Son illərdə Azərbaycan və Qazaxıstan arasında ticarət dövriyyəsi
sabit artım nümayiş etdirir. Azərbaycanın qeyri-neft sektoru məhsullarının
Qazaxıstan bazarına çıxışı, eyni zamanda Qazaxıstan məhsullarının Azərbaycan
vasitəsilə üçüncü bazarlara daşınması üçün əlverişli şərait yaradılıb.
Tərəflər
bu prosesdə təkcə ikitərəfli deyil, həm də regional formatlarda – Türk Dövlətləri
Təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı kimi
platformalarda qarşılıqlı fəaliyyət göstərirlər. Xəzər dənizi vasitəsilə Azərbaycan
və Qazaxıstan arasında nəqliyyat-logistika əlaqələrinin gücləndirilməsi xüsusilə
önəm daşıyır. Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz) çərçivəsində
hər iki ölkə vacib tranzit rolu oynayır. Bu dəhliz Avropa ilə Asiya arasında
yük daşımalarının sürətlənməsi və şaxələndirilməsi üçün mühüm əhəmiyyət kəsb
edir. Azərbaycan və Qazaxıstan bu layihə çərçivəsində liman infrastrukturunun təkmilləşdirilməsi,
gömrük prosedurlarının sadələşdirilməsi və rəqəmsallaşdırma sahələrində birgə fəaliyyət
göstərir. Energetika sahəsində əməkdaşlıq da mühüm yer tutur. Qazaxıstanın neft
və qaz resurslarının dünya bazarlarına çıxarılmasında Azərbaycanın enerji
infrastrukturu – Bakı-Tbilisi-Ceyhan neft kəməri və digər nəqliyyat sistemləri
mühüm rol oynayır. Eyni zamanda, alternativ və bərpa olunan enerji sahəsində təcrübə
mübadiləsi və birgə layihələrin icrası gündəmdədir. Kənd təsərrüfatı, qida sənayesi,
sənaye kooperasiyası kimi sahələrdə də əməkdaşlıq genişlənməkdədir. Tərəflər
arasında birgə sərgilər, biznes forumlar, ticarət evlərinin açılması,
investisiya layihələrinin təşviqi istiqamətində fəal addımlar atılır.
Bu,
iş adamları arasında birbaşa əlaqələrin qurulmasına və yeni layihələrin
icrasına təkan verir. Turizm sahəsində qarşılıqlı əlaqələrin inkişafı da diqqət
mərkəzindədir. Qazaxıstan vətəndaşları üçün Azərbaycanın cazibədar turizm
marşrutları maraq doğurur, eyni zamanda Azərbaycan turistləri də Qazaxıstanın
tarixi və təbii abidələrinə maraq göstərirlər. Vizaların sadələşdirilməsi, avia
reyslərin artırılması və turizm təbliğatı tədbirləri bu sahədə əməkdaşlığın
daha da inkişaf etməsinə zəmin yaradır. Bütün bu sahələr üzrə əməkdaşlıq Azərbaycan
ilə Qazaxıstan arasında imzalanmış dövlətlərarası sənədlər, strateji tərəfdaşlıq
sazişləri və hökumətlərarası komissiyanın fəaliyyəti çərçivəsində tənzimlənir və
əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir. İki ölkə prezidentləri səviyyəsində
keçirilən müntəzəm görüşlər və qarşılıqlı səfərlər bu əməkdaşlığın siyasi iradə
ilə dəstəkləndiyini və davamlı inkişaf perspektivinə malik olduğunu göstərir.
Hökmalı Mirzəyev,
YAP hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



