Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurət idi.

Ölkəmizin
ictimai-siyasi həyatında aparıcı rol oynayan Yeni Azərbaycan Partiyasının
yaradılmasının 33 illiyindən bəhs edərkən ilk olaraq Ulu Öndər Heydər Əliyevin
“YAP dünənin, bu günün və gələcəyin partiyasıdır” çağırışı yada düşür.
Sıralarını kəmiyyət və keyfiyyət baxımından daha da möhkəmləndirən Yeni Azərbaycan
Partiyası illərin sınağından uğurla çıxdı, dövrün tələbinə uyğun olaraq təkmilləşir.
YAP tutduğu yola, əqidəsinə sadiq təşkilat olduğunu arxada qalan illər ərzində
əməli işi, ölkədə aparılan quruculuq işlərindəki fəaliyyəti ilə təsdiqləyir.
Azərbaycan
ziyalılarının-“91-lər”in müraciətinə cavabında Ulu Öndər bildirirdi
ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını
təşkil edən demokratik prinsiplərə və siyasi plüralizmə nail olmaq üçün
Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur: “Belə
partiya Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edərək
yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və
inkişafında tarixi rol oynaya bilər. Əgər belə partiya
yaradılarsa, onun fəaliyyətində fəal iştirak etməyə hazıram.”
Prezident İlham
Əliyevin partiyanın VII qurultayında söylədiyi “Yeni Azərbaycan
Partiyasının yaradılması zərurət idi. O vaxt, yenə də deyirəm, cəsarətli,
qorxmaz insanlar açıq-aydın görürdülər ki, təzə-təzə müstəqilliyə qovuşmuş gənc
ölkəmiz böyük fəlakətlə üz-üzədir və artıq ölkədə gedən proseslər idarəolunmaz
xarakter almışdır. Hərbi məğlubiyyət, eyni zamanda, daxili böhranla tamamlanır.
Ölkə daxilində gedən xoşagəlməz proseslər, siyasi çəkişmələr, hakimiyyət
uğrunda mübarizə ölkəmizin müstəqil yaşamasını sual altına
qoymuşdur” fikirləri çətin şəraitdə yarandığına baxmayaraq qısa müddətdə xalqın
etimadını qazanaraq iqtidar partiyası kimi fəaliyyət göstərən YAP-ın keçdiyi
yolun təqdimatı idi. Ümummilli Lider Heydər Əliyev YAP-nın ətrafında toplaşan
insanlarla birlikdə ölkəni parçalanmaqdan, bölünməkdən, vətəndaş
müharibəsindən xilas etdi.
33 ildə partiya
Azərbaycanın inkişafına, dövlət müstəqilliyimizin güclənməsinə, ölkəmizin
ictimai-siyasi sabitliyinin qorunmasına, beynəlxalq nüfuzunun artmasına davamlı
töhfələri ilə diqqətdə olub. Partiyanın Proqramında əksini tapan hədəflərdən
biri ərazi bütövlüyümüzün bərpası idi ki, bunu dövlət başçısı, Müzəffər Ali Baş
Komandan İlham Əliyev reallığa çevirdi. Ümummilli Liderin 2003-cü ildə xalqa
tarixi müraciətində cənab İlham Əliyevə Özü qədər inandığını böyük əminliklə
ifadə etmişdir.
1993-2003-cü illərdə
Ulu Öndər Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində Azərbaycanı inkişaf
etdirən, zirvələrə yüksəldən Prezident İlham Əliyevin təkmil islahatları,
uğurlu siyasəti nəticəsində ölkəmiz ən islahatçı ölkələr, xalqımız dünyanın ən
xoşbəxt xalqları sırasında qərarlaşdı. Bu xoşbəxtliyi 5 il bundan əvvəl dövlət
başçısı İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu xalqımıza
növbəti dəfə yaşatdı. Belə ki, tarixi Zəfərimiz xalqımızın yenilməz, məğrur
xalq olduğunu bir daha dünyaya çatdırdı.
Cəmiyyətin avanqard
qüvvəsi olan, Azərbaycanın hər bir uğurunda öz payı olan Yeni Azərbaycan
Partiyasının qurultaylarında qəbul olunan qərarlar sonrakı mərhələdə ölkəmizin,
partiyanın qarşısında yeni imkanlar açır, gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsində
mühüm rol oynayır, ictimai-siyasi həyatımıza yeniliklər gətirir. Partiyanın
tarixi Zəfərimizin reallıqları əsasında keçirilən VII qurultayı da bu
baxımdan xüsusi əhəmiyyət kəsb edir. Xalqın böyük etimadını, inamını qazanaraq
33 illik inkişaf yolu keçən partiyanın VII qurultayında dövlət başçısı, YAP Sədri
İlham Əliyev proqram xarakterli çıxışında bir daha bildirdi ki, Yeni Azərbaycan
Partiyasının adı Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Partiya Heydər
Əliyevin ətrafında yaradıldı. Onun siyasi təcrübəsi, biliyi, xalq qarşısında
göstərdiyi xidmətlər, Naxçıvanda çalışdığı dövrdə göstərdiyi əsl vətənpərvərlik
və öz xalqına olan sadiqlik Azərbaycanın mütərəqqi insanlarını onun ətrafında
birləşdirdi. “91-lər”in fəaliyyətini yüksək qiymətləndirən cənab İlham Əliyev
bildirmişdir ki, təkcə ona görə yox ki, Heydər Əliyevə müraciət ediblər. Ona
görə ki, qorxmadılar, çəkinmədilər, ölkə maraqlarını öz şəxsi maraqlarından
üstün tutdular. Faktiki olaraq 1992-ci ilin noyabr ayı gənc ölkəmizin həyatında
yeni bir mərhələyə yol açdı.
1992-ci ildən
başlanan inkişaf yolu Azərbaycana davamlı uğurlar qazandırır. Artıq bu gün
tarixi Zəfərimizdən və onun yaratdığı rellıqlardan bəhs edirik. Bu reallıqları
qalib Azərbaycan yaradıb. VII qurultayın yeni qərarları, tarixi Zəfərimizin
qarşıya qoyduğu hədəflərin uğurlu icrası gələcəyə daha böyk addımlarla irəliləməyə
çağırışlar edir. Yeni Azərbaycan Partiyası bundan sonra daha da möhtəşəm
uğurlara imza atacaq. Həyata keçirilən siyasətin alternativsizliyi davamlı
uğurların müşaiyətçisidir. Yeni Azərbaycan Partiyasının hər bir üzvü belə
monolit, dövlətə və xalqa xidməti fəaliyyətinin əsasında saxlayan, Azərbaycanın
davamlı uğurlarına böyük töhfələr verən, sözlə əməl birliyinin nəticəsi olaraq
cəmiyyətdə nüfuzunu günbəgün artıran partiyada təmsil olunmağı ilə qürur duyur,
Heydər Əliyev ideyalarının təbliğində fəal iştirak edirlər. Bu ideyalar Azərbaycanın
dünəninin, bu gününün və sabahının əsasıdır. YAP öz təşəbbüsləri sayəsində
partiyalararası siyasi dialoqu stimullaşdırır. Siyasi dialoqun inkişafı dövlət
siyasətinin prioritet fəaliyyət istiqamətlərindən biridir. Ölkəmizdə aparılan
siyasi dialoq təcrübəsi YAP-ın təşəbbüsləri ilə zənginləşir. VII qurultayda qəbul
olunmuş qərarlar milli həmrəyliyin yeni inkişaf mərhələsinin başlandığını
nümayiş etdirdi.
Günel Əliyeva,
YAP Neftçala
rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Həsənabad qəsəbə
KEUB-un müdiri
Digər xəbərlər



