Bakıda qadını şantaj edən Şamaxı sakini saxlanılıb

2019-05-30 Baxış: 690
img

30.05.2019

Polis əməkdaşları tərəfindən Bakı şəhərində qadını hədələyib pul almaq istəyən şəxs cinayət başında yaxalanıb.

MAYAKİNFO xəbər verir ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş müraciət əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Şamaxı rayon sakini E.Binyətov mayın 27-də paytaxt ərazisində Bakı şəhər sakini olan qadını barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib ondan 10.000 manat pul alarkən saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.