Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqi Kəlbəcərin işğaldan azad olunması

25
noyabr 2020-ci il tarixdə 27 illik böyük həsrətdən sonra Kəlbəcər rayonu
işğaldan azad olundu. Bu günü Azərbaycan xalqı uzun illər ərzində səbirsizliklə
gözləyirdi. Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş nazirinin
noyabrın 10-da imzaladığı üçtərəfli bəyanat Kəlbəcərin geri qaytarılmasını təmin
etdi. Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq
Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad
etmişdisə, noyabrın 20-də Azərbaycana qovuşan Ağdamı, indi isə Kəlbəcər
rayonunu siyasi yolla nəzarəti altına keçirir. Kəlbəcər də Müzəffər Ali Baş
Komandanın İkinci Qarabağ müharibəsində yürütdüyü hərbi-siyasi yolun davamı
olaraq bir güllə atılmadan azad edildi və düşmən rayondan çıxmağa məcbur
edildi. Bu, Azərbaycanın döyüş meydanında olduğu kimi diplomatik danışıqlarda
da qalib olmasının göstəricisidir. Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm
tarixi Qələbəsinin daha bir təsdiqidir.
Kəlbəcərin
azad olunması ilə Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822 saylı qətnaməsini,
ümumilikdə isə, bütün qətnamələrini faktiki olaraq məhz özü hərbi-siyasi yolla
yerinə yetirdi. Bununla bütün dünya şahidi oldu ki, XXI əsrin müharibəsini
aparan Azərbaycanın xalqı qalib və döyüşkəndir. Kəlbəcər 1993-cü ilin aprel
ayının 3-dən Ermənistan ordusunun işğalı altında idi. 1993-cü il mart ayının
23-dən aprel ayının 3-dək gedən gərgin döyüşlərdən sonra 60 min Kəlbəcər sakini
təxliyə edilmişdi. Rayon ərazisində 1 şəhər, 1 qəsəbə və 145 kənd olmaqla 147
yaşayış məntəqəsi yerləşirdi. Kəlbəcərlilər Azərbaycan Respublikasının 56 rayon
və şəhərinin 707 yaşayış məntəqəsində qaçqınlıq şəraitində yaşayır. Kəlbəcər
rayonu ərazisində qalmış 13 minədək fərdi mənzil, 37 min 852 ha meşə sahəsi ermənilər
çıxarılanadək talan edilmişdir. Günahsız insanlar öz dədə-baba torpağından vəhşicəsinə
qovulmuş. Kəlbəcərin tarixi abidələrinə, təbiətinə böyük ziyan vurulmuşdur.
Azərbaycan
Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Kəlbəcər rayonunun işğaldan
azad olunması münasibətilə noyabrın 25-də Azərbaycan xalqını və kəlbəcərliləri
təbrik edib. Əlamətdar gün münasibətilə təbriklərini çatdıran Prezident İlham
Əliyev qeyd edib ki: “Kəlbəcər rayonunun işğal altına düşməsi böyük faciə idi”.
Kəlbəcərin
işğal altına düşməsi Ermənistanın sonrakı işğalçılıq siyasətinə böyük üstünlüklər
vermiş, Kəlbəcər üzərindən Ermənistanla Dağlıq Qarabağ arasında bir çox yollar
vasitəsilə əlaqə yaradılmış, silahlar, texnikalar, canlı qüvvə göndərilmişdir.
Prezident
İlham Əliyev: “Kəlbəcərin işğal edilməsi o vaxt hakimiyyətdə olmuş Azərbaycan
Xalq Cəbhəsinin birbaşa məsuliyyətidir. Bütövlükdə torpaqlarımızın işğal altına
düşməsində əsas günahkar Azərbaycan Xalq Cəbhəsidir”. Prezident İlham Əliyev:
“Azərbaycan Xalq Cəbhəsi 1992-ci ildə qanunsuz yollarla hakimiyyətə gəlməsəydi,
bəlkə də, torpaqlarımız işğal altına düşməyə bilərdi”.
Azərbaycan
torpaqlarının itirilməsi hakimiyyət uğurunda qeyri-sağlam mübarizənin nəticəsi
olmuşdur. 1992-ci ilin yaz aylarında hakimiyyət uğrunda mübarizə pik həddə
çatmış, daxili çəkişmələr üzündən xaos, siyasi böhran yaranmışdı. 1992-93-cü
illərdə rəhbərlikdə təmsil olunmuş adamlar, yüksək postlar tutmuş adamların heç
bir siyasi və idarəçilik təcrübələri olmamışdır. Amma onların vəzifə hərisliyi,
tamahı, iştahası, görməmişliyi Azərbaycan torpaqlarının itirilməsinə gətirib
çıxardı. Öz laxlamış hakimiyyətini saxlamaq üçün vətəndaş müharibəsi
başlamışdılar. Öz əsgərlərini əsir götürmüşdülər. Bir milyon insanın ağır vəziyyətə
düşməsinin səbəbkarı ovaxtkı Azərbaycan Xalq Cəbhəsi hakimiyyətidir.
Prezident
İlham Əliyev: “AXC hakimiyyətində təmsil olunanların obrazı kollektiv
Paşinyandır - savadsız, biliksiz, iradəsiz, qorxaq, fərari, idarəetmədə heç bir
təcrübəsi olmayan, xarici dairələrin təsiri altında olan, onların əli ilə idarə
olunan və öz ölkəsini məhv edən”.
Prezident
İlham Əliyev: “Paşinyanın addımlarına baxıb onun simasında ovaxtkı Azərbaycan
Xalq Cəbhəsinin və ölkə rəhbərliyinin simasını görəcəklər”.
Bəxtiyar Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi Partiya təşkilat sədri, Şirvan-Salyan
Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri.
Digər xəbərlər



