Azərbaycanın şanlı Zəfərinin təcəssümü və böyük qayıdışın strateji mərhələsi

Azərbaycanın
ərazi bütövlüyünün tam bərpası və Kəlbəcərin işğaldan azad edilməsi ölkəmizin
müasir tarixində dönüş nöqtəsi oldu. Bu böyük tarixi hadisənin əbədiləşdirilməsi
məqsədilə cənab Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 25 noyabr – Kəlbəcər
şəhəri günü elan edilmişdir. Bu gün, təkcə bir şəhərin qurtuluş tarixi deyil, həm
də Kəlbəcərin dirçəlişinin, bərpasının, strateji yüksəlişinin rəmzinə
çevrilmişdir.
Kəlbəcərin 2020-ci
ilin 25 noyabrında döyüşsüz şəkildə işğalçılardan azad olunması Azərbaycanın
diplomatik və hərbi gücünün sintezinin ən bariz nümunəsi oldu. Dövlət
başçısının rəhbərliyi ilə aparılan uğurlu hərbi-siyasi strategiya nəticəsində Kəlbəcər
böyük dağıntılara baxmayaraq qüsursuz şəkildə geri qaytarıldı.
Bu günün rəsmi şəkildə
“Kəlbəcər şəhəri günü” kimi təsis olunması həm şəhərin bərpa prosesinə dövlət səviyyəsində
verilən yüksək dəyəri, həm də bölgənin strateji əhəmiyyətini bir daha göstərir.
Bu addım Kəlbəcərin inkişafını, doğma yurdlarına qayıdacaq sakinlərin daha
güclü sosial və iqtisadi imkanlara sahib olmasını təmin edən mühüm siyasi
mesajdır.
Kəlbəcər
üçün hazırlanan uzunmüddətli “Baş plan” şəhərin 2040-cı ilədək inkişaf istiqamətlərini
müəyyənləşdirən mühüm strateji sənəddir. Bu plan:
• müasir şəhərsalma standartlarını,
• yaşıl enerji və dayanıqlı
infrastruktur prinsiplərini,
• sosial xidmətlərin mərhələli şəkildə
genişləndirilməsini,
• turizm və sənaye potensialının
reallaşdırılmasını
özündə birləşdirir.
Baş plan Kəlbəcərin
gələcəkdə Qərbi Zəngəzurun ən müasir yaşayış, sənaye və turizm mərkəzlərindən
birinə çevriləcəyini göstərir.
İşğaldan azad olunmuş
bütün ərazilərdə olduğu kimi Kəlbəcərdə də sürətli infrastruktur quruculuğu
aparılır. Şəhərdə inşa edilən 524 ailəlik yeni yaşayış məhəlləsi böyük
qayıdışın əsas dayaqlarından biridir.
Bu
kompleks:
• yüksək seysmik davamlılığa malik
yaşayış binaları,
• məktəb, uşaq bağçası, səhiyyə məntəqələri,
• sosial xidmət obyektləri,
• yaşıllıq və istirahət zonaları
ilə təmin ediləcək.
Bu, qayıdacaq kəlbəcərlilərin təhlükəsiz və komfortlu şəkildə yaşayışını təşkil
edən mühüm layihədir.
Kəlbəcərin
kəndlərinin bərpası bölgənin tam sosial dirçəlişi baxımından əsas prioritetlərdəndir.
Yanşaq kəndinin yenidən qurulması layihəsi çərçivəsində:
• 421 ailənin məskunlaşdırılması,
• yeni yol, su, işıq və qaz xətlərinin çəkilməsi,
• məktəb, tibb məntəqəsi və digər sosial
obyektlərin tikilməsi
nəzərdə tutulur.
Bu kənd həm
strateji mövqeyi, həm də əkinçilik, maldarlıq və turizm potensialı ilə xüsusi əhəmiyyət
daşıyır.
Bölgənin ən
böyük kəndlərindən biri olan Zalların yenidən qurulması layihəsi Kəlbəcərin məskunlaşma
xəritəsində mühüm yer tutur. Buraya:
• yeni məktəb və bağça,
• mədəniyyət evi,
• tibbi xidmət məntəqəsi,
• müasir kənd təsərrüfatı
infrastrukturunun qurulması
daxildir. Ümumilikdə
487 ailə üçün nəzərdə tutulan bu layihə kəndin əvvəlki həyat ritmini və
iqtisadi fəaliyyətini tam bərpa edəcək.
Prezident
İlham Əliyevin Kəlbəcərə səfərləri bölgənin inkişafına verilən yüksək siyasi dəstəyin
bariz nümunəsidir. Bu səfərlərdə həm yeni layihələrin təməli qoyulmuş, həm də
açılışlar həyata keçirilmişdir.
07 noyabr
2023
• Kəlbəcər rayonunun Vəngli kəndinə
baxış keçirilmişdir.
Bu tarix Kəlbəcərin
bərpa salnaməsinə yeni bir səhifə kimi yazıldı. Səfər zamanı dövlət başçısı
çoxsaylı mühüm obyektlərin açılışında və təməlqoymasında iştirak etdi:
• “Yuxarı Vəng” Su Elektrik
Stansiyasının (SES) açılışı
• Xudavəng monastır kompleksinə baxış
• Toğanalı–Kəlbəcər–İstisu yolunun 4-cü
tuneli və 15,2 km-lik hissəsi ilə tanışlıq
• Kəlbəcər şəhərində ikinci yaşayış
kompleksinin təməlqoyması
• Kəlbəcər Şəhər Təhsil Kompleksi və
modul tipli məktəb layihəsi
• Kəlbəcər şəhərində inzibati binanın təməlqoyması
• 524 ailəlik yaşayış kompleksində görülən
işlərə baxış
• “İstisu” mineral su zavodunun açılışı
• “Zar” və “Toğanalı” Kiçik Su Elektrik
Stansiyalarının açılışı (SCADA vasitəsilə)
• “İstisu” yarımstansiyasının açılışı
• “İstisu” Müalicə-Istirahət Kompleksində
aparılan tikinti işlərinə baxış
• İstisu qəsəbəsinin təməlqoyma mərasimi
Bu səfər Kəlbəcərin
iqtisadi, turizm, energetika və nəqliyyat potensialını əsaslı şəkildə yüksəldən
tarixi hadisəyə çevrildi.
25 noyabr
– Kəlbəcər şəhəri günü təkcə bir tarixi hadisənin xatırlanması deyil, həm də Azərbaycanın
ərazi bütövlüyünün bərpasından sonra quruculuq və inkişaf strategiyasının təcəssümüdür.
Kəlbəcər hazırda ən genişmiqyaslı yenidənqurma və bərpa işlərinin aparıldığı
bölgələrdən biridir.
Ulu Öndər
Heydər Əliyevin “Kəlbəcər Azərbaycanın ən gözəl diyarıdır” sözləri bu gün dövlət
siyasətində real nəticələrini göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə
Kəlbəcər artıq təkcə keçmişin gözəl xatirəsi deyil, həm də gələcəyin müasir,
güclü, dayanıqlı və təhlükəsiz şəhərinə çevrilməkdədir.
Prezident İlham
Əliyevin Kəlbəcərə Səfərləri
1. 25 avqust 2023
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər rayonuna səfər ediblər.
Səfər çərçivəsində “Soyuqbulaq” Kiçik Su Elektrik Stansiyasının açılışında
iştirak edib. Prezident “İstisu” Mineral Su Zavodunun tikintisi ilə tanış olub.
“Çıraq-1” və “Çıraq-2” Kiçik Su Elektrik Stansiyalarının açılışı olub. Zar kəndində
təməlqoyma mərasimi keçirilib.
2. 27 may 2023
İlham
Əliyev Kəlbəcər rayonuna səfər edib. Bu səfərdə “Yansaq” və “Zallar” kəndlərinin
təməlqoyma mərasimləri olub. “Gamışlı” və “Meydan” Kiçik Su Elektrik
Stansiyalarının açılışı keçirilib. Kəlbəcər-İstisu avtomobil yolunun 82 km-lik
hissəsi haqqında məlumat alınıb və tikinti gedişi yoxlanılıb 960 yerlik məktəbin,
hərbi hospitalın təməlqoyması olub.
3. 02 sentyabr 2024
Prezident
və birinci xanım Kəlbəcərə səfər ediblərBu səfərdə “Yuxarı Vəng” Su Elektrik
Stansiyasının açılışı olub. Kəlbəcərdə İstisu mineral su zavodunun açılış mərasimi
keçirilib. Kəlbəcərdə ikinci yaşayış kompleksinin təməlqoyma mərasimi olub. Şəhərdə
inzibati binanın təməli qoyulub.
Kəlbəcər Şəhər
Təhsil Kompleksində modul məktəb layihəsi ilə tanışlıq olub. 524 ailəlik
yaşayış kompleksində görülən işləri nəzərdən keçirib.
4. 21 avqust 2025
Prezident
İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Kəlbəcər şəhərinə səfər edibSəfərdə
onlar ilk yaşayış kompleksinin sakinləri ilə görüşüb, mənzillərin açarlarını təqdim
ediblər. Onlar həmçinin Kəlbəcər şəhəri parkının təməl daşını qoyublar.
“Balland” – Kəlbəcər bal və arıçılıq məhsulları mağazasının açılışı olub.
Bayram
Xudayarov,
Elm və Təhsil
Nazirliyi Fizika İnstitutunun əməkdaşı, “Heydər Əliyev məktəbinin davamçıları”
Feysbuk qrupunun təsisçisi və rəhbəri, YAP-ın fəal üzvü.
Digər xəbərlər



