Neftçala rayonunun sənaye və tikinti üzrə 9 aylıq statistik göstəriciləri

2025-11-25 Baxış: 10
img

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2025-ci ilin yanvar-sentyabr aylarında 67465,2 min manatlıq sənaye məhsulu istehsal edilmiş, 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 0,9 faiz artmışdır.

Sənaye məhsulunun 21,9 faizi mədənçıxarma, 69,1 faizi emal, 7,6 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 1,4 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunmuşdur.

Sənayedə qeyri-dövlət sektorunun payı 91,0 faiz olmuşdur. Ümumi istehsalın 91,0 faizi sənaye məhsullarının istehsalı, 9,0 faizi isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılmışdır.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 oktyabr 2025-ci il vəziyyətinə 3655,5 min manatlıq hazır məhsul olmuşdur.

Tikinti. 2025-ci ilin yanvar-sentyabr aylarında tikinti müəssisələri tərəfindən (bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar nəzərə alınmaqla) yerinə yetirilmiş inşaat işlərinin dəyəri 10067,5 min manat təşkil etmiş və 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 1490,2 min manat və ya 17,4 faiz çox olmuşdur.

2025-ci ilin yanvar-sentyabr aylarında rayonun iqtisadi və sosial sahələrinin inkişafına bütün maliyyə mənbələrindən əsas kapitala 12560,6 min manat məbləğində vəsait yönəldilmiş, 12178,5 min manatlıq tikinti-quraşdırma işləri görülmüşdür. 2024-cü ilin eyni dövrü ilə müqayisədə əsas kapitala yönəldilmiş vəsait 27,4 faiz, tikinti-quraşdırma işləri isə 28,7 faiz azalmışdır.

 

 

Şahin Mənəfov,

Neftçala Rayon Statistika İdarəsinin rəisi