Neftçala rayonunun kənd təsərrüfatı üzrə 9 aylıq statistik göstəriciləri

2025-ci ilin oktyabr ayının 1-nə kimi qarğıdalı da
daxil olmaqla tarlalardan 85309,8 ton və ya keçən ilin müvafiq dövrünə nisbətən 9,6 faiz çox dənli və dənli paxlalı bitkilər,
1538,8 ton (3,7 faiz çox) kartof, 1797,4 ton (14,7 faiz çox) tərəvəz, 3901,8 ton
(28,3 faiz çox) bostan məhsulları, 1222,3 ton (9,3 faiz çox) meyvə və
giləmeyvə, 407,0 ton (0,3 faiz çox) üzüm, 2290,8 ton (37,4 faiz az) pambıq,
62961,8 ton (1,1 faiz çox) yem bitkiləri yığılmışdır.
2025-ci
il oktyabrın 1-i vəziyyətinə 149289 baş
qoyun və
keçi, 45088 baş iribuynuzlu mal-qara, оndan 25382 baş inək
və camış mövcud olmuşdur. İribuynuzlu mal-qaranın 56,3 faizini inək və
camışlar təşkil edir.
2025-ci ilin
yanvar-sentyabr aylarında diri
çəkidə ət istehsalı 5321 ton ət, 23617 ton süd, 12477 min ədəd yumurta, 297 ton yun istehsal olunmuşdur. 2025-ci ilin
yanvar-sentyabr ayları ilə müqayisədə ət istehsalı 6,8 faiz, yumurta istehsalı
2,3 faiz artmış, süd istehsalı 0,4 faiz yun istehsalı 1,0 faiz azalmışdır.
2025-ci
ilin yanvar-sentyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki
qiymətlərlə dəyəri 119845,4 min manat təşkil etmişdir ki, onun da 59747,4 min
manatı heyvandarlıq, 60098,0 min manatı isə bitkiçilik məhsullarının payına
düşür. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının
istehsalı məhsulu 5,3 faiz, o cümlədən
heyvandarlıq məhsulları üzrə 4,1 faiz, bitkiçilik məhsulları üzrə isə, 7,2 faiz artmışdır. Kənd təsərrüfatının
ümumi məhsulunun tərkibində bitkiçilik məhsullarının xüsusi çəkisi isə 50,1 faiz təşkil etmişdir.
Kənd təsərrüfatı məhsullarının demək olar ki, hamısı
qeyri-dövlət bölməsində istehsal olunmuşdur.
Hal-hazırda təsərrüfatlarda payız tarla işlərı davam etdirilir. 01
oktyabr 2025-ci il tarixə kimi təmiz herik şumu daxil olmaqla, cari ilin
payızlıq əkinləri üçün 13393,0 hektar sahədə şum qaldırılmışdır. Bu da əvvəlki
ilin eyni dövrü ilə müqayisədə 866,0 hektar və ya 6,9 faiz çoxdur.
Şahin Mənəfov,
Neftçala Rayon Statistika
İdarəsinin rəisi
Digər xəbərlər



