2025-ci ilin 9 ayı üçün Neftçala rayonu üzrə demoqrafik vəziyyət

2025-ci il oktyabr ayının 1-i vəziyyətinə
Neftçala rayonu üzrə əhalinin sayı 87821 nəfər təşkil
etmişdir. Əhalinin 45,8 faizini şəhər, 54,2 faizini kənd sakinləri, 48,5 faizini
kişilər, 51,5 faizini isə qadınlar təşkil edir.
Cari ilin yanvar-sentyabr aylarında Ədliyyə Nazirliyinin Neftçala rayon
qeydiyyat şöbəsi tərəfindən rayon üzrə 592 doğulan körpə qeydə alınmış və ötən
ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici
azalaraq 10,0-dan 9,1-ə düşmüşdür. Doğulan körpələr arasında oğlan
uşaqlarının xüsusi çəkisi 52,7 faiz, qız uşaqlarının xüsusi çəkisi isə 47,3
faiz olmuşdur. Doğulan körpələrdən 9-u əkiz olmuşdur.
Bu ilin yanvar-sentyabr ayları ərzində rayonda 417 ölüm halı qeydə
alınmış və 2024-cü ilin müvafiq dövrü
ilə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstərici 6,2-dən
6,4-ə qədər
artmışdır.
Ədliyyə Nazirliyinin Neftçala
rayon qeydiyyat şöbəsi tərəfindən cari ilin
yanvar-sentyabr ayları ərzində
287 nikah və 120 boşanma halları qeydə alınmış və ötən ilin müvafiq dövrü ilə
müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,5-dən 4,4-ə qədər
azalmış, boşanmaların sayı isə 2,4-dən 1,8-ə qədər düşmüşdür.
Şahin
Mənəfov,
Neftçala Rayon Statistika
İdarəsinin rəisi
Digər xəbərlər



