“Konstitusiya və Suverenlik İli”ndə minlərlə evə sevinc gətirəcək

Əlimizdə
Heydər Əliyev siyasi kursunun humanist addımlarının miqyasını göstərən geniş
bir məlumat var. Orada göstərilir ki, Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra keçən 34 il ərzində ölkədə 12 dəfə amnistiya aktı qəbul edilib və
həmin aktlar ümumilikdə 70 min şəxsə şamil olunub. İlk amnistiya elə Azərbaycanın
müstəqilliyinin bərpası münasibətilə qəbul edilmişdi. Bu amnistiya aktlarının əksəriyyəti
İlham Əliyevin Prezident olduğu dövrə düşür. Eyni zamanda, indiyə qədər dövlət
başçısının imzaladığı əfv sərəncamlarının sayı 70-dən çoxdur. Bunların da əksəriyyəti
məhz indiki dövlət başçısının hakimiyyəti dövrünə aiddir. Qürurla deyə bilərik
ki, təməli ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş bağışlamaq, əfv etmək,
hansısa səhvi və ya günahı üzündən əzizlərindən ayrı düşmüş insanların ailəsinə,
ocağına qovuşmasını təmin etmək kimi humanist addımlar müasir Azərbaycan həqiqətlərinin
mühüm tərkib hissələrindən biridir. Həm Ümummilli liderin, həm Prezident İlham
Əliyevin, həm də Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban Əliyevanın bu istiqamətli təşəbbüslərinin sayı hər il artır. Həmin təşəbbüslərin
– əfv sərəncamı və amnistiya aktlarının icrası zamanı on minlərlə soydaşımız,
eləcə də ölkəmizdə həbs edilmiş əcnəbi şəxslər öz azadlıqlarına qovuşublar.
Ulu
öndər xatırladırdı ki, hər bir insanın özünəməxsus, çoxsaylı arzuları ola bilər.
Həbsxanada olanların isə ən ümdə arzusu məhz azadlığa çıxmaq, əzizlərinə
qovuşmaqdır. Prezident İlham Əliyev bu məsələdə böyük həssaslıq nümayiş
etdirir. Dövlət başçımız dönə-dönə xatırladıb ki, bizim siyasətimizin təməlində
insan amili dayanır.
Məhz
həmin humanizm prinsiplərinin nəticəsidir ki, xalqımız bu il həm böyük siyahını
əhatə edən əfv sərəncamının sevincini yaşayıb, həm də 20 mindən çox insana
şamil ediləcək amnistiya aktından yaranacaq məmnunluğun ərəfəsindədir.
Xatırladaq
ki, dövlət başçımızın bu il mayın 25-də imzaladığı “Məhkumların şəxsiyyətini, səhhətini,
ailə vəziyyətini, törətdikləri cinayətlərin xarakterini və ictimai təhlükəlilik
dərəcəsini, cəza çəkdikləri müddəti və həmin müddətdə davranışlarını nəzərə
alaraq, humanizm prinsiplərinə əsaslanaraq, qəbul edilmiş “Məhkum edilmiş bir
sıra şəxslərin əfv olunması haqqında” Sərəncam həm ölkəmizdə, həm də beynəlxalq
aləmdə özünəməxsus rezonans yaratmışdı.
Bundan
başqa, Ali Baş Komandanın təşəbbüsü ilə 2021-ci il noyabrın 5-də Milli Məclis tərəfindən
“8 Noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Qərar qəbul
edilmişdi ki, bu da dövlətin öz siyasətində insan ləyaqətinə hörmətin bariz
nümunəsi kimi qəbul edilirdi.
Aytən İmanova,
YAP fəalı, Hacıqabul rayon Heydər
Əliyev Mərkəzinin direktoru.
Digər xəbərlər



