“KONSTİTUSİYA VƏ SUVERENLİK" İLİNDƏ ƏN BÖYÜK AMNİSTİYA TƏŞƏBBÜSÜ

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən suverenliyimizin tam bərpa
olunması və Konstitusiyamızın 30 ilinin tamam olması ilə əlaqədar “Konstitusiya
və Suverenlik” ilində ölkəmizdə ən böyük amnistiya təşəbbüsü irəli sürülüb. Bu
qərar çox mühüm ictimai-siyasi, hüquqi və mənəvi bir addımdır. Bu həm də
amnistiyaya düşəcək minlərlə insanların yüz minlərlə doğmalarının, yaxınlarının
sevincinə səbəb olacaq. Qərarın ölkəmizdə 20 minə yaxın şəxsi əhatə edəcəyi
gözlənilir, hətta, bu, 20 mindən çox da ola bilər: 5 mindən çox məhkumun
azadlıqdan məhrum etmə cəzasındanazad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3
mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması
cəzasından, 4 minə yaxınməhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digərcəzalardan
və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən
azad ediləcəyi proqnozlaşdırılır.
Dövlət
Başçımızın bu təşəbbüsü onun humanizm və mərhəmət prinsiplərinə yüksək önəmini
nümayiş etdirir və həmrəyliyin gücləndirilməsində mühüm addımdır:
Amnistiya
aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi
bütövlüyünün müdafiəsi naminə aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən
müharibəsində və 2023-cü il 19–20 sentyabr tarixlərində keçirilmiş antiterror tədbirlərində
iştirak etmiş şəxslərin, habelə həmin əməliyyatlar zamanı həlak olmuş və ya
itkin düşmüş şəxslərin yaxın qohumlarının, Ermənistan Respublikasının mülki əhaliyə
qarşı hərbi təxribatları nəticəsində əlil olmuş şəxslərin cəzadan və ya cinayət
məsuliyyətindən azad edilməsi nəzərdə tutulur. Layihə, eyni zamanda qadınlara,
60 yaşına çatmış şəxslərə, cinayət törədərkən yetkinlik yaşına çatmayanlara və
digər kateqoriyalara da şamil olunur.
Amnistiyadan
yararlanacaq şəxslərin gələcəkdə qanunlara hörmətlə yanaşaraq dövlətimizin
inkişafına töhfə verəcəklərinə inanırıq.
Azərbaycanda
amnistiya aktları humanizm, mərhəmət və sosial ədalət prinsiplərinə əsaslanan
hüquqi mexanizmlərdən biridir və müəyyən kateqoriyadan olan şəxslərin cinayət məsuliyyətindən
və ya cəzadan tam və ya qismən azad edilməsini nəzərdə tutur. Amnistiya
aktlarının əsas məqsədi cəmiyyətə təhlükə yaratmayan, törətdiyi əmələ görə
islah olunma potensialı olan şəxslərə yenidən sosial həyata qayıtmaq imkanı
yaratmaqdır.
Müstəqillik
dövründə ölkəmizdə 70-ə yaxın əfv qərarı və 10-dan çox amnistiya aktı qəbul
edilib: “Ümummilli lider Heydər Əliyevin böyük humanizm və mərhəmət hislərindən
irəli gələn qərarları ilə onun prezidentliyi dövründə ümumilikdə 7 amnistiya
aktı qəbul edilib.
Müxtəlif
illərdə Azərbaycanın Birinci Vitse-prezidenti Mehriban xanım Əliyevanın irəli
sürdüyü amnistiya təşəbbüsləri on minlərlə insanı əhatə etmişdir.
2021-ci
ildə Vətən müharibəsində qazanılmış tarixi qələbənin birinci ildönümü ilə bağlı
Azərbaycan Respublikasının Prezidenti tərəfindən irəli sürülmüş təşəbbüsü Milli
Məclis dəstəkləyərək, 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan
edilməsini qərara almışdı. Həmin aministiya aktı 17 min 267 şəxsə şamil olunub.
Bu qərar tətbiq olunan şəxslərin sayına görə həmin ilə qədər qəbul edilmiş ən
geniş amnistiya olub.
Azərbaycanda
amnistiya aktları yalnız hüquqi prosedur deyil, eyni zamanda dövlətin sosial məsuliyyətini,
ədalət və mərhəmət dəyərlərinə sadiqliyinin ifadəsidir.
Prezidentin
bu təşəbbüsü xalqımızın həmrəyliyinə, cəmiyyətlə dövlət arasında etimadın daha
da möhkəmləndirilməsinə və hüquqi dövlət prinsiplərinin dərinləşməsinə böyük
töhfə verəcəkdir.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhəri A.Dadaşov adına 5 nömrəli tam orta ümumtəhsil məktəbinin
təşkilatçısı.
Digər xəbərlər



