Prezident cənab İlham Əliyevin böyük humanizm siyasəti

Əsas
məqsədi cəza siyasətində humanizmin təmin edilməsi olan amnistiya aktları, əfv
sərəncamları ölkəmzin müstəqilliyini bərpa etməsindən sonra on minlərlə insanın
taleyində mühüm dəyişikliklərə səbəb olub. Azərbaycan, eləcə də dünya təcrübəsi
göstərir ki, amnistiya və əfvlər təkcə hüquqi mexanizm deyil, eyni zamanda dövlət-vətəndaş
münasibətlərində etimadın möhkəmləndirilməsinə xidmət edən vacib ictimai vasitədir.
Bütün
bunlar fonunda ötən 22 il ərzində Prezident İlham Əliyevin imzaladığı əfv sərəncamları,
eləcə də amnistiya aktları Azərbaycan dövlətinin humanist siyasətinin mühüm tərkib
hissəsi hesab olunur. Bu aktlar və sərəncamlar hüquqi dövlət quruculuğu, sosial
ədalətin təmin olunması və cəmiyyət-dövlət münasibətlərində etimadın möhkəmləndirilməsinə
daim mühüm töhfələr verib.
O
da birmənalı həqiqətdir ki, cənab İlham Əliyev 2003-cü ildən etibarən Prezident
kimi fəaliyyətə başladığı dövrdən amnistiya və əfv məsələlərinə ardıcıl,
sistemli, humanist yanaşma sərgiləyib. Nəticədə minlərlə məhkum cəzadan azad
edilib, bir çox şəxslərin isə cəza müddətləri azaldılıb. Xüsusilə az ağır və
ağır olmayan cinayətlər törətmiş şəxslər, qadınlar, yetkinlik yaşına
çatmayanlar, yaşlılar, əlilliyi olan şəxslər və müharibə iştirakçıları
amnistiya aktlarının əsas benefisiarları olub.
Bu,
həm də Prezident İlham Əliyevin sosial həssas qruplara xüsusi diqqət göstərdiyini
bir daha aydın şəkildə nümayiş etdirir. Azərbaycan tarixinin gözlənilən ən
böyük amnistiyası təşəbbüsünün yenə Prezident İlham Əliyev tərəfindən irəli
sürülməsi dövlət başçısının humanizm prinsiplərini həmişəki rəhbər tutmasının
növbəti təzahürüdür.
Bəxtiyar
Ələkbərov,
YAP
Hacıqabul rayon təşkilatının ərazi partiya təşkilat sədri, Şirvan-Salyan
Regional Təhsil İdarəsinin Hacıqabul rayonu üzrə Təhsil Sektorunun müdiri.
Digər xəbərlər



