Cənab Prezidenti İlham Əliyevin fəaliyyəti – müasir dövlətçilik tariximizin zirvəsi

Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyevin fəaliyyəti müasir Azərbaycanın
siyasi, iqtisadi və hərbi gücünün formalaşmasında həlledici rol oynamışdır.
Onun rəhbərliyi dövründə ölkəmiz təkcə regionda deyil, beynəlxalq müstəvidə də
söz sahibi olan güclü dövlətə çevrilmişdir.
Prezident
İlham Əliyevin 14 fevral 2024-cü il tarixində söylədiyi fikirlər müstəqil Azərbaycan
tarixində yeni bir mərhələnin rəmzi kimi yadda qalmışdır:
“Bu
prezident seçkilərinin əsas əlaməti, xüsusiyyəti və önəmi ondadır ki, müstəqillik
dövründə ilk dəfə idi ki, seçkilər ölkəmizin bütün ərazilərində keçirilmişdir…
Orada verdiyim səs, o qutuya atdığım bülleten, sadəcə olaraq, bülleten deyildi.
Bu, erməni separatçılarının tabutuna vurulan son mismar idi.”
Bu
sözlər Azərbaycanın ərazi bütövlüyünün tam bərpasının və dövlət suverenliyinin
qəti şəkildə təmin edilməsinin siyasi ifadəsidir.
Təhsil
– uğurlu liderliyin möhkəm təməli
1961-ci
il dekabrın 24-də Bakı şəhərində anadan olmuş İlham Heydər oğlu Əliyev
1967–1977-ci illərdə Bakı şəhərində 6 saylı orta məktəbdə təhsil almışdır.
1977–1982-ci illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda ali təhsil
almış, 1982-ci ildə həmin institutun aspiranturasına daxil olmuşdur. 1985-ci
ildə dissertasiya müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsini
qazanmışdır. Bu zəngin akademik baza onun gələcək siyasi və dövlətçilik fəaliyyətinin
intellektual əsasını təşkil etmişdir.
Prezident
İlham Əliyev 1985–1990-cı illərdə Moskva Dövlət Beynəlxalq Münasibətlər
İnstitutunda müəllim kimi çalışmış, 1991–1994-cü illərdə özəl biznes sahəsində
rəhbər vəzifələrdə fəaliyyət göstərmişdir. 1994–2003-cü illərdə Azərbaycan
Respublikası Dövlət Neft Şirkətində vitse-prezident, daha sonra birinci
vitse-prezident vəzifələrini icra etmişdir.
O,
1995 və 2000-ci illərdə Milli Məclisin üzvü seçilmiş, 1997-ci ildən Azərbaycan
Milli Olimpiya Komitəsinin Prezidenti kimi ölkədə idmanın inkişafına mühüm töhfələr
vermişdir. 1999-cu ildən Yeni Azərbaycan Partiyasında rəhbər vəzifələrdə təmsil
olunmuş, 2005-ci ildə partiyanın sədri seçilmişdir. 2003-cü il avqustun 4-də isə
Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin olunmuşdur.
Güclü
lider, güclü Azərbaycan
Cənab
İlham Əliyevin siyasi iradəsi, strateji baxışı və qətiyyətli qərarları nəticəsində
Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmiş, regional və qlobal miqyasda
nüfuzunu əhəmiyyətli dərəcədə artırmışdır. Onun fəaliyyəti dövlətçilik ənənələrinin
möhkəmləndirilməsi, milli maraqların qorunması və xalqın rifahının yüksəldilməsi
ilə səciyyələnir.
Bu
gün Prezident İlham Əliyev müasir, qalib və suveren Azərbaycanın lideri kimi
tarixə adını qızıl hərflərlə yazdırmışdır.
Hökmalı Mirzəyev,
YAP Hacıqabul rayon təşkilatının sədr
müavini.
Digər xəbərlər



