Gələcəyə hesablanmış dövlət siyasəti.

Dövlətimizin
siyasətində gənclərə diqqət və qayğı gələcəyə hesablanan mühüm addımlar
sırasındadır. Azərbaycan gəncləri gündən-günə ölkənin ictimai-siyasi həyatında
daha böyük rol oynayır. Məhz dövlətin gənclərə dəstək və diqqət göstərməsinin nəticəsində
Azərbaycan gəncliyində özünə, öz gücünə, istedadına inam hissi artıb.
Dövlət
başçısı İlham Əliyev daim bu çağırışı səsləndirir ki, gənclər milli ruhda, vətənpərvərlik
ruhunda tərbiyə olunmalı, dövlət maraqlarını hər şeydən üstün tutmalıdır. Azərbaycan
gənci yüksək vətənpərvərlik ruhunda böyüyən qəhrəmandır. 44 günlük İkinci
Qarabağ müharibəsində şanlı Zəfər bunun bariz nümunəsidir. Bu tarixi Zəfər,
eyni zamanda, xalqın, xüsusən Azərbaycan gəncliyinin milli vətənpərvərlik
ruhunun yüksək olduğunu, Vətən, dövlət, bayraq sevgisini parlaq şəkildə nümayiş
etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin çağırışına səs verərək
könüllü şəkildə silaha sarılan gənclər Vətən, torpaq uğrunda canlarından keçib
tarix yazdılar. Ali Baş Komandanımızın bildirdiyi kimi, Qarabağı azadlığa
qovuşduran əsgər və zabitlərimizin mütləq əksəriyyəti Qarabağın işğalından
sonra dünyaya gəliblər. Bu vətənpərvər gənc nəsil Qarabağı görmədən onun həsrətini
yaşayıblar və işğaldan qurtulması üçün qanlı mübarizəyə atılıblar.
Qalib
Prezident haqq savaşımızda qəhrəmanlıq göstərən gənclərin şücaətini belə qiymətləndirdi:
“Müharibədə bütün nəsillərin nümayəndələri iştirak ediblər, qəhrəmanlıq göstəriblər.
Amma hər kəs bilməlidir ki, əsas missiyanı mənim Prezidentlik dövrümdə yetişən
gənclər yerinə yetiriblər, İlk növbədə, biz onlara borcluyuq. Əsas yükü, əsas vəzifəni
gənc nəsil yerinə yetirdi. 2003-cü ildə 10 yaşı, 15 yaşı olanların bu gün 27-32
yaşı var. Onların məhz vətənpərvərlik ruhunda tərbiyə alması, düşmənə nifrət
hissi bizi Qələbəyə apardı və Azərbaycan tarixi ədaləti bərpa etdi.”
Azərbaycan
yeniliklərə imza atan ölkə kimi tanınır. Ölkəmizin yeniləşməyə, təkmilləşməyə
maraqlı olması və bunu atdığı addımları ilə təsdiqləməsi dünyanın diqqətindədir.
Azərbaycana beynəlxalq baxış fonunda bu reallıq xüsusi qeyd edilir ki, Azərbaycan
Prezident İlham Əliyevin rəhbərliyi ilə daha möhtəşəm uğurlara imza atacaq,
innovasiyalar ölkəsi kimi mövqeyini daha da möhkəmləndirəcək. Dünyaya Azərbaycan
brendi kimi səs salan “ASAN xidmət”, DOST mərkəzlərinin yaradılması ilə yanaşı,
bu gün Azərbaycan işğaldan azad edilmiş ərazilərdə həyata keçirdiyi “ağıllı şəhər”
və “ağıllı kənd” layihələri ilə diqqətdədir.
Elbrus
Əliyev,
YAP
fəalı, Hacıqabul şəhər N.Ağayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbinin
direktoru.
Digər xəbərlər



