Prezident İlham Əliyev ölkəyə rəhbərlik etdiyi dövr ərzində bütün sahələr öz inkişafını tapıb.

inkişafını
tapıb.
Müasir
Azərbaycan dövlətinin tarixində son iyirmi ildən artıq dövr dərin məzmunu,
taleyüklü qərarları və dönüş nöqtələri ilə seçilir. Bu mərhələ Prezident İlham
Əliyevin adı ilə birbaşa bağlıdır. Onun rəhbərliyi dövründə Azərbaycan təkcə
sosial-iqtisadi inkişaf mərhələsi keçməyib, eyni zamanda 30 ilə yaxın davam edən
işğala son qoyaraq tarixi ədaləti bərpa edib, suverenliyini tam təmin edib və
yeni geosiyasi reallıq yaradıb. Bu gün Azərbaycan regionda güc mərkəzi, beynəlxalq
miqyasda isə etibarlı tərəfdaş kimi qəbul olunursa, bunun arxasında düşünülmüş
dövlət siyasəti, siyasi iradə və qətiyyətli liderlik dayanır.
2003-cü
ildə Prezident seçilən İlham Əliyev ilk gündən ölkənin əsas probleminin –
Qarabağ münaqişəsinin həllinin yalnız beynəlxalq hüquq, milli maraqlar və güclü
dövlət konsepsiyası əsasında mümkün olduğunu bəyan edib. Uzun illər ərzində
aparılan danışıqlar prosesində Azərbaycanın mövqeyi ardıcıl və prinsipial olub.
Dövlət başçısı dəfələrlə bildirib ki, Azərbaycan heç vaxt ərazi bütövlüyü ilə
bağlı kompromisə getməyəcək. Paralel şəkildə güclü iqtisadiyyat qurulub, müasir
ordu formalaşdırılıb, beynəlxalq arenada hüquqi-siyasi əsaslar möhkəmləndirilib.
2020-ci
ilin payızında başlayan 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusu Ali Baş
Komandanın rəhbərliyi ilə yüksək peşəkarlıq, texnoloji üstünlük və milli ruh
nümayiş etdirərək düşməni ağır məğlubiyyətə uğratdı. Onilliklər boyu toxunulmaz
hesab edilən işğal rejimi qısa müddətdə darmadağın edildi. Cəbhədə qazanılan qələbələrlə
yanaşı, Prezident İlham Əliyevin informasiya və diplomatiya müstəvisində
apardığı mübarizə də xüsusi əhəmiyyət daşıdı. Dövlət başçısının beynəlxalq
media orqanlarına verdiyi müsahibələr, açıq və faktlara əsaslanan çıxışları Azərbaycanın
haqq səsini dünyaya çatdırdı. Vətən müharibəsi nəticəsində Azərbaycan öz ərazi
bütövlüyünü bərpa etdi və regionda yeni reallıq formalaşdırdı. Bu qələbə təkcə
hərbi deyil, siyasi, mənəvi və tarixi Zəfər idi. Otuz ilə yaxın müddətdə məcburi
köçkün həyatı yaşamış yüz minlərlə insanın ümidləri gerçəyə çevrildi. Qarabağ və
Şərqi Zəngəzur artıq münaqişə bölgəsi deyil, sürətlə dirçələn, yenidən qurulan
və həyata qayıdan ərazilərə çevrildi.
2023-cü
ildə həyata keçirilən lokal antiterror tədbirləri isə Azərbaycanın
suverenliyinin tam təmin olunmasının son mərhələsi oldu. Bu əməliyyatlar nəticəsində
ölkə ərazisində qeyri-qanuni silahlı birləşmələrin mövcudluğuna birdəfəlik son
qoyuldu. Dövlət öz konstitusiya quruluşunu bütün ərazilərində bərpa etdi və
separatizmin kökü tamamilə kəsildi. Prezident İlham Əliyevin qətiyyəti və
siyasi iradəsi nəticəsində bu proses minimum itki ilə, beynəlxalq hüquqa uyğun
şəkildə həyata keçirildi. Bununla da Azərbaycan dövləti öz suveren hüquqlarını
tam şəkildə təmin etmiş oldu.
İşğala
son qoyulması ilə paralel olaraq Qarabağ və Şərqi Zəngəzurda misli görünməmiş bərpa
və yenidənqurma işlərinə başlanıldı. Dağıdılmış şəhər və kəndlər sıfırdan
qurulur, müasir infrastruktur yaradılır, “ağıllı şəhər” və “ağıllı kənd”
konsepsiyaları tətbiq edilir. Yol, enerji, su və kommunikasiya xətləri yenidən
çəkilir, hava limanları inşa olunur. Bu ərazilər eyni zamanda qısa müddətdə ölkənin
iqtisadi, turizm və mədəni həyatının mühüm hissəsinə çevrilməkdədir.
Böyük
Qayıdış proqramı Prezident İlham Əliyevin postmüharibə dövrü üçün müəyyən
etdiyi əsas prioritetlərdən biridir. Artıq minlərlə keçmiş məcburi köçkün doğma
torpaqlarına qayıdaraq yeni, təhlükəsiz və layiqli şəraitdə yaşayır. Dövlət
başçısının hər bir yaşayış məntəqəsinin açılışında şəxsən iştirak etməsi,
sakinlərlə birbaşa ünsiyyəti bu prosesin nə qədər böyük siyasi və mənəvi əhəmiyyət
daşıdığını göstərir. Qarabağa qayıdış yalnız fiziki məskunlaşma deyil, eyni
zamanda milli yaddaşın, tarixi ədalətin bərpasıdır.
Pərvanə Səfərova,
YAP fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq
Muzeyinin bələdçisi
Digər xəbərlər



