Şamaxıda baş verən qəzada 2 qardaş dünyasını dəyişib.

2019-06-01 Baxış: 561
img

01.06.2019

Şamaxı şəhərində ağır avtomobil qəzası baş verib. MAYAKİNFO-nun əldə etdiyi məlumata görə Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində "Niva" markalı minik avtomobili ilə "Shacman" markalı yük avtomobili toqquşub.

Hadisə nəticəsində "Niva"da olan Şamaxının Quşçu kənd sakinləri, 1989-cu il təvəllüdlü İsmayılov Rasim Vahid oğlu və qardaşı 1987-ci il təvəllüdlü İsmayılov Ramil aldığı ağır xəsarətləri səbəbindən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.