Azərbaycan Silahlı Qüvvələri Müzəfffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə imza atdı.

Ümummilli Lider
Heydər Əliyevin müstəsna xidmətləri sayəsində formalaşan və inkişaf edən
Azərbaycan Silahlı Qüvvələri bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevin
rəhbərliyi altında öz xalqına Qələbəni bəxş etmiş müzəffər Orduya çevrilmişdir.
2003-cü ildən
etibarən ordu quruculuğu məsələləri dövlət siyasətinin prioriteti kimi müəyyən
olunmuşdur. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan ordusunu
dünyanın ən güclü 50 ordusu sırasına yüksəltdi. Azərbaycana öz ordusunu zəruri
silah, sursat və texnika ilə təchiz etmək üçün əvəzsiz imkanlar yaradıb.
Azərbaycan Silahlı
Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 gün
davam edən Vətən müharibəsində düşmən üzərində qələbə çalaraq tarixi nailiyyətə
imza atdı. Müharibə nəticəsində 300-dən çox şəhər və kənd döyüş meydanında işğaldan
azad edildi. Düşmən ağ bayraq qaldırdı, təslim oldu və məcbur oldu ki, noyabrın
9-dan 10-na keçən gecə kapitulyasiya aktına imza atsın. Bunun nəticəsində
yüzlərlə şəhər və kənd bir güllə atmadan, bir şəhid vermədən geri qaytarıldı.
Ölkənin 30 ilə yaxındır ki, pozulmuş ərazi bütövlüyünün bərpası və xalqımızın
mədəniyyət beşiyi hesab olunan Şuşanın azad olunması Prezident İlham Əliyevin
Zəfər zirvəsidir. 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi Ali
Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqın birliyi və Ordumuzun gücü
nəticəsində Zəfərlə sona çatdı.
Üçtərəfli bəyanatın
müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən
genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı
qüvvələrinin birləşmələrinin tərksilah edilərək ərazilərimizdən çıxarılması,
onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş
ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş
mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyinin təmin olunması və
Azərbaycan Respublikasının konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə
Azərbaycan 19 sentyabr 2023-cü ildə lokal xarakterli antiterror əməliyyatına
başlamışdır. Antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük
qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər
üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər.Bu gün Azərbaycan xalqı öz tarixinin ən şərəfli və qürurverici dövrünü
yaşayır. Biz qalib xalqın nümayəndələri, qalib dövlətin vətəndaşlarıyıq.
Görülən işlərə nəzər salanda aydın şəkildə görürük ki, cənab Prezident İlham
Əliyevin sözü və əməli birliyi xalqımıza Zəfərli, Qələbəli və firavan həyat
bəxş etdi.
Gülmirə
Səfərova,
YAP
Neftçala rayon təşkilatı ərazi partiya təşkilatının sədr müavini
Neftçala
rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru
Digər xəbərlər



