İdmanın inkişafı Azərbaycanda uğurla gedir

Dekabrın
26-da 2025-ci ilin idman yekunlarına həsr olunan mərasim keçirilib. Azərbaycan
Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin Prezidenti cənab İlham
Əliyev tədbirdə iştirak edib. Görüşdə çıxış edən dövlət başçısı bu il
idmançılarımız tərəfindən qazanılan medalların sayının rekord həddə çatdığını
vurğulayıb.
Azərbaycan
beynəlxalq aləmdə idman ölkəsi kimi tanınır. Bu, müasir müstəqil Azərbaycan
dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın bu günü və gələcəyi
üçün müəyyənləşdirdiyi siyasətin, inkişaf konsepsiyasının Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilməsinin məntiqi nəticəsidir. Dövlət
başçısı, Milli Olimpiya Komitəsinin Prezidenti İlham Əliyevin idmanın inkişafına,
yetişməkdə olan gənc nəslə göstərdiyi xüsusi diqqət və qayğı qazanılan idman
uğurlarında özünün aydın ifadəsini tapır. Prezident İlham Əliyevin iştirakı ilə
hər ilin sonunda ənənəvi olaraq idman yekunlarına həsr olunan mərasimin
keçirilməsi də mühüm məqamları özündə ehtiva edir. Beynəlxalq yarışlarda
idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən 600-dən çox qızıl medal
qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın inkişafı Azərbaycanda uğurla
gedir. Keçən illə müqayisədə medalların sayı daha çoxdur və bu, təbiidir.
Çünki, idmanın inkişafına göstərilən diqqət, aparılan dövlət siyasəti ildən-ilə
daha yaxşı nəticələrə gətirib çıxarır. Bu Assosiasiyasının (AHİİTA) sambo üzrə
məşqçi-müəllimi Yaqub Abdullayev də yer alıb, “Tərəqqi” medalı ilə təltif
olunub.Azərbaycanın mötəbər beynəlxalq idman yarışlarına və irimiqyaslı tədbirlərə
ev sahibliyi etməsi, eləcə də beynəlxalq yarışlarda idmançılarımızın iştirakı, əldə
etdikləri uğurlar Azərbaycanın dünya idmanında yerinin aydın mənzərəsini təqdim
edir. Azərbaycanın təkmil inkişaf modeli hər bir sahədə davamlı uğurlara imza
atmasını şərtləndirir. Bu gün ölkəmizə hansı sahədən baxsaq inkişaf və tərəqqinin,
zəngin təcrübənin, davamlı uğurların şahidi olarıq. İdman uğurlarımız da bunun
təsdiqidir.
Prezident
İlham Əliyev çıxışlarında tarixi Zəfərimizin reallıqları fonunda qalib Azərbaycanın
uğurlarından böyük qürur hissi ilə bəhs edir, hədəflər açıqlanarkən işğaldan
azad edilmiş ərazilərimizin hərtərəfli inkişafının bütün sahələrdə beynəlxalq əhəmiyyətli
tədbirlərin keçirilməsi üçün ideal məkan kimi bərpası, yenidən qurulması
qarşıya mühüm vəzifə kimi qoyulur. Əsas çağırışlar sırasında gələcəyimiz olan gənclərin
daha vətənpərvər, milli ruhda tərbiyəsi vacib amil kimi önə çəkilir. Azad
edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri zamanı idman obyektlərinin
tikintisinə xüsusi diqqət göstərilir. Beş ildir idmançılarımız qalib Azərbaycanı
təmsil etməkdən qürur hissi keçirirlər. Döyüş meydanlarında əldə edilmiş Qələbənin
idman yarışlarında da özünü ifadə etməsi üçün səylərini daha da artırırlar.
Prezident İlham Əliyev sözügedən mərasimdə də bu məqamı xüsusi vurğuladı. “Hər
dəfə bizim idmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda qaldıranda əlbəttə
ki, hər birimiz qürur hissi keçiririk” -söyləyən Prezident İlham Əliyev
bildirdi ki, son 5 il ərzində bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq
arenalarda qaldırılır. İdmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman
bunu hiss edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman
meydançalarına, idman arenalarına qürur hissi ilə çıxırlar. Eyni zamanda, 5 il
bundan əvvəl əldə etdiyimiz Şanlı Qələbə idmançıların məsuliyyətini də böyük dərəcədə
artırır. Çünki, onlar müzəffər xalqın nümayəndələri kimi yarışlarda iştirak
edirlər.
Maya
Qənbərova,
YAP
fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işcisi.



