Astarada aşan "Niva"da 15 yaşlı qız dünyasını dəyişdi

2019-06-02 Baxış: 681
img

02.06.2019

Astarada baş verən ağır yol qəzası ölümlə nəticələnib.

MAYAKİNFO-nun ONA-dan əldə etdiyi məlumata görə, rayonunun dağ kəndlərindən olan Təxtənəkəran kəndi ərazisində, 1970-ci il təvəllüdlü Əbülfət Nurməmməd oğlu Səfərovun idarə etdiyi "Niva" markalı avtomobil yoldan çıxaraq aşıb.

Nəticədə sürücü ilə birgə 4 sərnişin - 1974-cü il təvəllüdlü Səringül Cəlal qızı Səfərova, 1980-ci il təvəllüdlü Nazim Həzrət oğlu Şahmuradov, 2004-cü il təvəllüdlü Aytac Əbülfət qızı Səfərova və 2004-cü il təvəllüdlü Aytəkin Əbülfət qızı Səfərova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti daha ağır qiymətləndirilən Aytəkin Səfərova vəfat edib.