Həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.

Bu
bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar
arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Azərbaycanlılar
minilliklər boyu özlərinin doğma torpağı olan tarixi Azərbaycan ərazisində
yaşayaraq dünya sivilizasiyasına böyük töhfələr vermişlər. Müharibə,
inqilablar, hərbi münaqişələr, dünyada gedən müxtəlif ictimai-siyasi proseslər
nəticəsində Azərbaycan parçalanmış, azərbaycanlıların bir qismi öz
yurd-yuvalarından didərgin salınmış, deportasiyalara məruz qalmış, bir-birindən
ayrı düşmüşdür. Beləliklə də, azərbaycanlılar tarixi Azərbaycan torpaqlarından
bütün dünyaya yayılmışlar.
Dünya
Azərbaycanlılarının Həmrəyliyi Günü bir bayram kimi dünyanın 70-dən çox ölkəsində
azərbaycanlılar tərəfindən qeyd olunur. Bu gün Azərbaycan diasporu üçün ən
mühüm bayrama çevrilib, Yeni İl isə ikinci plana keçib. Dünya Azərbaycanlılarının
Həmrəyliyi Gününü hətta milliyyətcə azərbaycanlı olmayıb, lakin Azərbaycanda
doğulub böyümüş, Azərbaycan əsilli diaspor nümayəndələri də qeyd edirlər.
Dünya
Azərbaycanlılarının Həmrəyliyi Gününün əsası 1989-cu il dekabrın axırlarında
Naxçıvanda sərhədlərin (SSRİ-İran sərhədləri) dağılması zamanı qoyulub. Şimali
və Cənubi Azərbaycan arasındakı sərhəd dirəkləri dağıdılıb. Bu vaxt İstanbulda
türkdilli xalqların konfransı keçirilirdi. Konfrans da dünya azərbaycanlılarının
həmrəyliyinin qeyd olunmasına qərar verib. 1991-ci ilin 16 dekabrında Azərbaycan
xalqınının ümummilli lideri, o vaxt Naxçıvan Muxtar Respublikası Ali Məclisinin
sədri vəzifəsində çalışan Heydər Əliyev dünya azərbaycanlılarının birliyini
yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü elan edib. Beləliklə, bütün azərbaycanlılar üçün əziz olan 31
dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü bayram edilir. Azərbaycanlılar
bu gün ilə fəxr edir və onu qürurla qeyd edirlər.
Elbrus Əliyev,
YAP
fəalı, Hacıqabul şəhər N.Ağayev adına 4 nömrəli tam orta ümumtəhsil məktəbin
direktoru.
Digər xəbərlər



