Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir, bizim üçün böyük şərəfdir.

Bakı şəhərinin “Dünyanın İdman Paytaxtı” seçilməsi ölkəmizin
beynəlxalq idman aləmində qazandığı nüfuzun və etimadın bariz göstəricisidir.
Bu titul təkcə paytaxtımız üçün deyil, bütövlükdə Azərbaycan dövləti və xalqı
üçün böyük şərəf və qürur mənbəyidir. Eyni zamanda, bu qərar Azərbaycanda
idmanın inkişafı istiqamətində həyata keçirilən ardıcıl və məqsədyönlü siyasətə
verilən yüksək qiymət kimi dəyərləndirilməlidir.
Prezident İlham Əliyev Bakı şəhərinin “Dünyanın İdman
Paytaxtı” seçilməsini Azərbaycanın idman sahəsində qazandığı nailiyyətlərə
verilən yüksək beynəlxalq qiymət kimi dəyərləndirib və bu ada layiq şəkildə fəaliyyətin
davam etdiriləcəyini bildirib.
Prezident İlham Əliyev mərasimdə çıxışı zamanı vurğulayıb
ki, beynəlxalq yarışlarda idmançılarımız tərəfindən 2000-dən çox medal, təqribən
600-dən çox qızıl medal qazanılıb. Bu, bir daha onu göstərir ki, idmanın
inkişafı Azərbaycanda uğurla gedir. Keçən illə müqayisədə medalların sayı daha
çoxdur və bu, yəqin ki, təbiidir. Çünki idmanın inkişafına göstərilən diqqət,
aparılan dövlət siyasəti, əlbəttə ki, ildən-ilə daha yaxşı nəticələrə gətirib
çıxarır.\ Azərbaycanda idmanın inkişafı dövlət siyasətidir və dövlət xətti ilə
bir çox proqramlar icra edilmişdir. Sağlam gənc nəsil, ilk növbədə, ölkənin gələcək
inkişafı üçün lazımdır. Bizim siyasətimizin əsas istiqamətlərindən biri də gəncləri
sağlam ruhda tərbiyə etməkdir, vətənpərvərlik ruhunda tərbiyə etməkdir ki, gənclər
Vətən sevgisi ilə böyüsünlər, tərbiyə alsınlar və beləliklə, ölkəmizin inkişafı
daimi olsun, əbədi olsun. İdmançılarımız Dövlət Bayrağını beynəlxalq yarışlarda
qaldıranda əlbəttə ki, hər birimiz qürur hissi keçiririk. Son 5 il ərzində
bizim bayrağımız qalib ölkənin bayrağı kimi beynəlxalq arenalarda qaldırılır.
Əminəm ki, idmançılar da beynəlxalq yarışlarda iştirak edən zaman bunu hiss
edirlər. Ölkəmizə, xalqımıza olan münasibəti hiss edirlər və idman
meydançalarına, idman arenalarına çıxarkən, yəqin ki, təbii olaraq qürur hissi
ilə çıxırlar. Eyni zamanda, bizim 5 il bundan əvvəl əldə etdiyimiz şanlı Qələbə
idmançıların məsuliyyətini də böyük dərəcədə artırır. Çünki onlar müzəffər
xalqın nümayəndələri kimi yarışlarda iştirak edirlər. Bu ilin ölkəmizdə
keçirilmiş əsas idman yarışı təbii ki, MDB ölkələrinin üçüncü Oyunları
olmuşdur. Bu il ölkəmizdə ilk dəfə olaraq UFC üzrə beynəlxalq turnir
keçirilmişdir. Birinci Formula 1 yarışından sonra ölkəmizə gələn xarici turistlərin
sayı 20 faiz artmışdır. Ölkəmizdə yüzlərlə idman, beynəlxalq idman yarışları
keçirilmişdir və gələn il də yarışların keçirilməsi gözlənilir.
Əlbəttə ki, bu il daha bir önəmli hadisə baş vermişdir.
Bakı şəhəri “Dünyanın İdman Paytaxtı” seçilmişdir və bu da çox böyük hadisədir,
bizim üçün böyük şərəfdir.Bakının “Dünyanın İdman
Paytaxtı” seçilməsi Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların beynəlxalq
səviyyədə tanınmasının parlaq nümunəsidir. Bu hadisə həm qürurvericidir, həm də
yeni vəzifələr müəyyən edir. Dövlətin idmana göstərdiyi davamlı dəstək,
formalaşmış mükafatlandırma ənənələri və yaradılmış müasir infrastruktur Azərbaycanın
idman şöhrətinin gələcəkdə də yüksələcəyinə tam əsas verir.
Şahin Mənəfov,
YAP Neftçala rayon təşkilati ərazi partiya təşkilatının sədri
Neftçala Rayon Statistika İdarəsinin rəisi
Digər xəbərlər



