Xaricdə yaşayan Azərbaycanlıların uğurlu lobbi siyasəti.

Azərbaycan
Respublikasının Prezidenti cənab İham Əliyev təməli ulu öndər Heydər Əliyev tərəfindən
qoyulan milli həmrəylik ideyalarının bu gün də Azərbaycan dövləti üçün öz
aktuallığını saxladığını nümayiş etdirir. “Bu gün Azərbaycan diasporu böyük
iqtisadi, mədəni, intellektual qüvvəyə malikdir. Yaşadıqları ölkələrin
ictimai-siyasi həyatında onların təsiri getdikcə daha artıq hiss olunur. Məmnunluq
hissi ilə qeyd edirəm ki, Müstəqil Dövlətlər Birliyi ölkələrində, Avropada,
Amerikada Azərbaycan icmaları və cəmiyyətləri əvvəlki dövrlərlə müqayisədə
xeyli səmərəli fəaliyyət göstərirlər. Lakin o da xüsusi vurğulanmalıdır ki,
onların geniş imkanları, istifadə olunmamış potensialı vardır və bu
potensialdan milli maraqlar naminə maksimum yararlanmaq lazımdır.
Hazırda azərbaycanlıların həmrəyliyinin və mütəşəkkilliyinin
güclənməsi, ümummilli ideyalar ətrafında birləşməsi üçün daha geniş imkanlar
yaranmışdır. Azərbaycan dövləti nüfuzlu iqtisadi və siyasi gücə çevrilmiş,
bütün dünyada yaşayan soydaşlarımız qarşısında parlaq perspektivər açılmışdır.
İndi biz dünya azərbaycanlılarının ümumbəşəri və mili-mədəni hüquqlarının, beynəlxalq
konvensiyalarda təsbit edilmiş insan haqlarının qorunmasını təmin etmək üçün
daha təsirli vasitələrə malikik. Azərbaycanın siyasi rəhbərliyi dünya azərbaycanlılarının
Vətənimizə və xalqımıza mənsubluq hissini gücləndirmək, onların ölkəmizin
iqtisadi, mədəni həyatında hərtərəfli iştirakını təmin etmək üçün bütün zəruri
tədbirləri görəcəkdir”- Prezident İlham Əliyevin bu sözləri Azərbaycan dövlətinin
bu mövzuda necə qərarlı olduğunu sübut edir.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü—Azərbaycan
millətinin birlik şüarının simvolik günüdür. Bu gün dünyanın 70-dən çox ölkəsində
yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında
birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.
Bütün bu nailiyyətlərin əsasında ümummilli lider
Heydər Əliyevin formalaşdırdığı siyasi kurs dayanır. Möhtərəm Prezidentimiz
İlham Əliyev ümummilli liderimizin müdrik siyasi kursunu layiqincə davam etdirərək,
Azərbaycanın dünyanın yüksək inkişaf etmiş ölkələri sırasına çıxması naminə
qeyri-adi fədəkarlıq nümunələri göstərir.
Bu gün xalqımızın birliyi, həmrəyliyi
ölkəmizin inkişafını daha da sürətləndirib. Tariximizə qızıl hərflərlə yazılan
Vətən müharibəsində qazandığımız Zəfər həmrəyliyimizin,
xal-iqtidar birliyinin bir yumruq ətrafında birləşməyimizin bariz nümunəsidir.
44 günlük müharibədə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər
ordumuz ədaləti bərpa etdi. Bu qələbə Azərbaycanın beynəlxalq mövqelərinin daha
da möhkəmlənməsində, nüfuzunun yüksəlməsində mühüm rol oynadı.
Cənab Prezident xarici mediada, digər ölkələrdə
yaşayan azərbaycanlılar isə yaşadıqları ölkələrdə qətiyyətlə haqq səsimizi
ucaltdılar, ədaləti müdafiə etdilər. Bu tarixi qələbəni bizlərə yaşadan Müzəffər
Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, siyasi iradəsi həmçinin güclü
ordumuzun və xalqımızın həmrəyliyi , birliyi oldu.
Ölkəmizin İkinci Qarabağ müharibəsindəki
tarixi ədalətin zəfər çalmasında hər bir soydaşımız əlindən gələni əsirgəmədən
yaşadıqları ölkələrdə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində
yorulmadan fəaliyyət göstərdi. Xalqımız üçün belə bir həssas dönəmdə Diasporla
İş üzrə Dövlət Komitəsi və xaricdə yaşayan azərbaycanlılar üzərilərinə düşən
ikiqat məsuliyyəti dərk edərək, vəzifə borclarını böyük fəxarət və qürurla
yerinə yetirmiş, məqsədyönlü fəaliyyətlə Azərbaycan reallıqlarının dünyaya
çatdırılması istiqamətində şanlı Qələbəmizi fəxrlə yaşadıqları ölkələrin kütləvi
informasiya vasitələrində müxtəlif dillərdə bütün dünyaya yaymağa çalışıblar.
Eyni zamanda, müxtəlif ölkələrdə fəaliyyət
göstərən koordinasiya şuraları tərəfindən müxtəlif ölkələrin prezidentləri,
parlament üzvləri, BMT, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatlara,
dünyada tanınmış siyasətçilər, beynəlxalq media nümayəndələri, ayrı-ayrı ölkələrin
parlamentləri və tanınmış ictimai-siyasi xadimlərinə Ermənistanın təxribatları,
işğalçılıq siyasəti, terrorçuluq fəaliyyəti haqqında müxtəlif dillərdə ətraflı
məlumatları özündə əks etdirən beş minə yaxın məktub elektron poçt vasitəsilə
göndərilmişdir. Bununla yanaşı, xaricdə yaşayan soydaşlarımız tərəfindən Azərbaycan
Ordusuna və şəhid ailələrinə dəstəklə bağlı çoxsaylı müraciətləri nəzərə alaraq
Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən müvafiq maarifləndirmə, təşkilati
və təbliğat işləri görülüb.
Bugün hər bir azərbaycanlı cənab
Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni zirvələrə doğru inamla
addımlayacağına tam əmindir.
Bu həmrəylik bizi yeni-yeni qələbələrə aparacaq!
Gülmirə Səfərova,
YAP Neftçala rayon təşkilatı ərazi
partiya təşkilatının sədr müavini
Neftçala Rayon Tarix-Diyarşünaslıq
Muzeyinin direktoru
Digər xəbərlər



