“İPƏK YOLU, BU YOL ÜZƏRİNDƏKİ TÜRK XALQLARININ TARİXİ, MƏDƏNİYYƏTİ VƏ İNCƏSƏNƏTİ” adlı I beynəlxalq simpozium keçiriləcək
2026-01-07
Baxış: 19

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamına əsasən, yubiley çərçivəsində bir sıra beynəlxalq elmi tədbirlər təşkil olunacaq. Həmin tədbirlərdən biri kimi 16–17 aprel 2026-cı il tarixlərində Bakı şəhərində “İpək Yolu, bu yol üzərindəki türk xalqlarının tarixi, mədəniyyəti və incəsənəti” adlı I Beynəlxalq Simpozium keçiriləcəkdir.
İpək Yolu Şərq ilə Qərb arasında əsrlər boyu ticarət və mədəniyyət mübadiləsinin mərkəzi olmuş, dünyanın ən qədim və ən mühüm ticarət yollarından biri olaraq tarixə keçmişdir. Bu yolda ticarət məhsulları ilə yanaşı, ideyalar, biliklər və mədəniyyətlər də daşınmışdır. İpək Yolu zaman-zaman müxtəlif xalqların, o cümlədən türk xalqlarının tarixi, mədəniyyəti və incəsənətinin inkişafına böyük təsir göstərmişdir. Bu simpozium İpək Yolu üzərindəki Türk xalqlarının irsini, tarixini, incəsənətini, mədəniyyətini və qarşılaşdıqları çətinlikləri –
soyqırımı, deportasiya, eləcə də repressiyaları araşdırmağı qarşısına hədəf qoyur.
Simpoziumun məqsədi:
- İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının tarixini və mədəniyyətini tanıtmaq;
- İpək Yolu vasitəsilə Türk xalqlarının mədəniyyətinə təsir edən tarixi, sosial-iqtisadi və siyasi amilləri öyrənmək;
- Türk xalqlarının tarixi abidə və yerlərinin tanıdılması, qorunması və təbliğinə dair müzakirələr aparmaq;
- İpək Yolunun keçdiyi ərazilərdə yaşayan Türk xalqlarının üzləşdiyi soyqırımı, deportasiya və repressiyaları araşdırmaq və bu mövzuların beynəlxalq aləmdə tanıdılmasına töhfə vermək;
- Alim və tədqiqatçılar arasında təcrübə mübadiləsi və əməkdaşlıq qurmaq.
Tarix və məkan:
Tarix: 16-17 aprel 2026-cı il
Məkan: Bakı şəhəri
Məqalələrin göndərilməsi üçün son tarix 01.03.2026-cı il
Məqalələrin göndərilməsi üçün elektron poçt ünvanı: [email protected]
Kimlər iştirak edə bilər?
Arxeologiya, tarix, mədəniyyət, incəsənət üzrə alim və tədqiqatçılar, həmçinin qoruq, muzey əməkdaşları
Simpoziumun mövzuları:
1. Arxeoloji irs, qayaüstü incəsənət və bu mövzuların etnoqrafik
kontekstdə öyrənilməsi
2. İpək Yolu və Türk xalqlarının tarixi
3. İpək Yolu: Türk sivilizasiyasının formalaşmasında tarixi və mədəni əlaqələr
4. Türk xalqlarının mədəni irsi, müasir dövrdə bu irsin öyrənilməsi və inkişafı, qlobal mədəniyyətə təsiri
5. Türk xalqlarının tarixi abidələrinin qorunması, tədqiqi və təbliği
6. Türk xalqlarının yaşadığı ərazilərdə baş vermiş soyqırımı, deportasiya və repressiya siyasəti: tarixi və hüquqi aspektlər
7. Müasir dövrdə türkdilli dövlətlər arasında mədəni inteqrasiya siyasəti və Böyük İpək Yolu
8. Böyük İpək Yolu İrsi: qlobal mədəni dəyərlərin beynəlmilləşdirilməsi.
Simpozium materiallarının tərtibinə qoyulan tələblər:
Kağız ölçüsü: A4
Şrift: Times New Roman Şrift ölşüsü: 12 pt
Məqalələr üç dildə yazıla bilər: Azərbaycan, rus və ingilis
Sətirlərarası interval: 1,15 sm
Abzas: 1,25 sm
Hər tərəfdən boş sahə: 2 sm
Mövzunun adı: Ortadan, böyük hərflərlə, qalın şriftlə
Müəllifin adı, soyadı, ata adı: ortadan, qalın şriftlə İş yeri (təhsil müəssisəsi), şəhər, ölkə ortadan,
kursivlə E-poçt ünvanı ortadan, kursivlə
ORCID kodu: Ortadan, kursivlə
Açar sözlər: 5-7 söz olmaqla Azərbaycan, ingilis və rus
dillərində
Məqalənin həcmi 7-9 səhifə
Xülasə: 80-100 söz olmaqla Azərbaycan, ingilis və rus
dillərində
Mətn bölünməlidir: Xülasə, giriş, əsas hissə, müzakirə, nəticə
Ədəbiyyat siyahısı: İstinadlar kvadrat mötərizədə Məs: [1. s.56] Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir
Hər müəllifdən yalnız bir məqalə qəbul ediləcək (tək və ya həmmüəllif olmaqla)
Elmi dərəcəsi olmayan müəlliflərin məqalələrinə elmi rəhbərin, mütəxəssisin (çalışdığı müəssisənin rəhbərinin) və ya aidiyyəti sahə üzrə müəllimin rəyi əlavə edilməlidir. Bu rəy ayrı bir səhifədə təqdim olunmalı, elmi rəhbərin və ya müəllimin əlaqə vasitələri və iş yeri haqqında məlumatlar qeyd edilməlidir.
Göndərilən məqalələr antiplagiat sistemində yoxlanıldıqdan sonra Simpozium
materialları toplusunda dərc olunacaq.
Göstərilən tələblərə cavab verməyən məqalələr qəbul edilməyəcək. Məqaləyə görə müəlliflər məsuliyyət daşıyır.
Təşkilati Dəstək:
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi
Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
Qobustan Milli Tarix-Bədii Qoruğu
Quba şəhərində "Soyqırımı Memorial Kompleksi"
Əlaqə:
Təşkilati məsələlər üzrə əlaqələndirici şəxslər
Əli Bayramov - Qobustan Milli Tarix-Bədii Qoruğunun direktor müavini (+994777077770)
Xəyal Nuhbalayev – Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı
(+994558850036)
Elmi məsələlər üzrə əlaqələndirici şəxslər
Nazilə Məmmədova - Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı
(+994556797911)
Namiq Bağırlı - Quba şəhərində “Soyqırımı Memorial Kompleksi”nin əməkdaşı (+994506097097)
Sevinc Şirinli - Qobustan Milli Tarix-Bədii Qoruğunun aparıcı elmi işçisi (+994518583388)
Vəfa Hüseynova-Qobustan Milli Tarix-Bədii Qoruğunun elmi işçisi, mətbuat və kommunikasiya üzrə məsul şəxs (0512411056)
Digər xəbərlər



