Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib

2026-01-08 Baxış: 11
img
Yanvarın 8-də Bakıda, “Gülüstan” sarayında Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tədbirdə çıxış edib.

Sonra Səudiyyə Ərəbistanı Krallığının energetika nazirinin müavini Nasser Əl-Qahtani, Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Lu Mey, "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan çıxış ediblər.

Daha sonra "Xızı-Abşeron" Külək Elektrik Stansiyası layihəsi haqqında qısa videoçarx nümayiş olunub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və "ACWA Power" şirkətinin təsisçisi və İcraçı direktoru Məhəmməd Əbunəyyan 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasını işə saldılar.

Sonda birgə foto çəkdirildi.