Azərbaycanın iqtisadi inkişafı davamlıdır

Yanvarın 5-də Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin artıq ənənəyə çevrilən yerli televiziya kanallarına
müsahibəsində jurnalistlərin ötən müddətdə Azərbaycanda iqtisadi, sosial sahələrdə
görülən işlərə, Azərbaycan və ABŞ münasibətlərinin inkişafına, ölkəmizin xarici
və daxili siyasətinə və digər məsələlərə dair suallarını cavablandırıb.
Yerli
televiziya kanallarına müsahibəsində Prezident İlham Əliyev cəmiyyətimizin
hər bir üzvünün daha çox diqqət yetirdiyi dövlətin sosial siyasəti məsələlərinə
böyük yer ayırıb. Qeyd edilib ki, bu hər zaman dövlətimizin siyasətinin ana xəttini
müəyyən edən istiqamətdir. Bu siyasətin mərkəzində əlbəttə ki, Azərbaycan vətəndaşı
dayanır. Ölkənin bütün siyasəti həm həm sosialyönümlüdür, həm də
investisiyayönümlüdür.
Son
20 ilin statistikasına nəzər salsaq görərik ki, Azərbaycanda minimum əməkhaqqı
40 dəfədən çox artıb. Azərbaycan dövləti bu illər ərzində geniş iqtisadi
islahatlar həyata keçirib, böyük neft-qaz layihələri icra edilib və əldə
edilən gəlirlər sosial sahəyə yönəldilib. Bunu qeyd edən dövlətimizin başçısı
deyib: “İşğal dövründə bizim əsas xərclərimiz hərbi təyinatlı xərclər idi,
ondan sonra təhsil xərcləri idi, ondan sonra məcburi köçkünlər üçün nəzərdə
tutulan xərclər idi. Biz işğal dövründə 300 mindən çox köçkünü yeni evlərlə, mənzillərlə
təmin etmişdik, 100-dən çox şəhərcik inşa olunmuşdur”.
Vaxtilə
bu sahədə olan pozuntuların, ədalətsizliklərin aradan qaldırıldığını, şəffaf
mexanizmin tətbiq olunduğu qeyd edən Azərbaycan Prezidenti bildirib: “Bu, bizə
imkan verib ki, biz bir neçə ciddi sosial islahat paketi icra etmişik, daha
doğrusu, son yeddi il ərzində 5 sosial islahat paketi icra edilmişdir. Bu
islahatların əhatə dairəsi 4 milyon insandır və təqribən 8 milyard manata yaxın
olan vəsaitdir”.
Vurğulanıb
ki, işğal dövründə 300 mindən çox məcburu köçkün yeni evlərlə, mənzillərlə təmin
edilib, 100-dən çox şəhərcik inşa olunub. Təkcə keçən il 1,4 milyard büdcə vəsaiti
bu məqsədlər üçün xərclənib. Ölkədə maaşlar, pensiyalar, müavinətlər müntəzəm
olaraq artırılır, pensiyalar indeksləşdirilir. Bir neçə ildir ki, ölkədə özünüməşğulluq
proqramı tətbiq edilir və artıq 100 mindən çox insan bu proqramla əhatə
olunub. Özünüməşğulluq proqramı işsizliyin böyük hissəsini faktiki olaraq
aradan qaldırır və bu insanlara verilən vasitələrlə onlar öz ailə büdcələrini təmin
edə bilərlər. Qarabağ və Şərqi Zəngəzur da daxil olmaqla hər yerdə yeni iş yerləri
yaradılır.
Son
illərdə 16 min şəhid ailəsinə və müharibə əlilinə, onların ailələrinə dövlət tərəfindən
mənzillər verilib. bu prosses bu gün də davam edir. müharibə zamanı əlil
olmuş hərbiçilər dövlət tərəfindən ən müasir protezlərlə təmin edilir. Artıq
beş yüzdən çox insan protezlərlə təmin edilib və normal həyata qayıdıblar. Həmin
kateqoriyadan olan insanlara minik avtomobilləri verilir. Dünyanın heç bir ölkəsində
bu sahəyə ölkəmidəki kimi diqqət və qayğı yoxdur.
Həmçinin
son 20 il ərzində Azərbaycanda 3 min 600 məktəb, yüzlərlə xəstəxana tikilib və əsaslı
təmir edilib. Beləliklə bu, Azərbaycan dövlətinin siyasəti, o cümlədən iqtisadi
siyasətinin ayrılmaz hissəsidir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi:
“iqtisadiyyatımız nə qədər artsa, ilk növbədə o qədər də sosial məsələlərə diqqət
yetiriləcək və maliyyə ayrılacaq”.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri
Digər xəbərlər



