Azərbaycanın daxili və xarici siyasətinin əsas istiqamətləri

Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev 5 yanvar 2026-cı ildə yerli televiziya
kanallarına geniş müsahibə verib. Müsahibə bu gün ölkə televiziya kanallarında
yayımlanıb və Prezidentin cari daxili və xarici siyasətə dair düşüncələrini əhatə
edib.
Sülh
və regional təhlükəsizlik
Prezident
müsahibəsində 2025-ci ili “Azərbaycan-Ermənistan müharibəsinin siyasi baxımdan
sona çatdığı il” kimi qiymətləndirib. O, vurğulayıb ki, artıq ölkə uzun müddətdir
sülh və sabit şəraitdə yaşayır və bu, xalq üçün əsas prioritetdir.
Beynəlxalq
münasibətlər və təhlükəsizlik siyasəti
Dövlət
başçısı dünyada qlobal geosiyasi vəziyyətlə bağlı fikirlərini bölüşərək qeyd
edib ki, beynəlxalq hüquq faktik olaraq güc və müttəfiqlik konteksində işləyir
və bu baxımdan Azərbaycanın öz təhlükəsizlik qüvvələrini gücləndirməsi
vacibdir. O, həmçinin fərqli ölkələrlə hərbi əməkdaşlıq məsələlərinə toxunub və
beynəlxalq sabitliyə töhfə verən addımların önəmini vurğulayıb.
Daxili
siyasət və sosio-iqtisadi inkişaf
Prezident
ölkənin sosial və iqtisadi siyasətinin balanslaşdırılmış olduğunu qeyd edib.
İlham Əliyevin sözlərinə görə, sosial sahəyə yönəldilmiş investisiyalar
iqtisadiyyatla uzlaşdırılır və bu, sosial rifahın yüksəldilməsi üçün vacibdir.
O, həmçinin köçkünlər üçün yeni yaşayış məskənləri və sosial layihələrin həyata
keçirilməsini diqqətə çatdırıb.
Mədəni
və milli dəyərlər
Müsahibədə
Azərbaycan dilinin qorunub saxlanması və milli dəyərlərin inkişaf etdirilməsi məsələsi
də müzakirə olunub. Prezident bu uğuru xalqın milli kimliyinin möhkəmlənməsi
baxımından vacib sayıb.
Bahadur
İsmayılov
YAP
fəalı, Hacıqabul rayonu Meyniman Kənd tam orta ümumtəhsil məktəbin direktoru
Digər xəbərlər



