Dövlətimizin başçısının yerli televiziya kanallarına müsahibəsi artıq ənənə halını alıb

2026-01-08 Baxış: 16
img

Bu ənənəyə uğun olaraq Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına növbəti müsahibəsini verdi. Ötən ili tarixi il kimi dəyərləndirən Prezident İlham Əliyev vurğuladı ki, məhz 2025-ci ildə Ermənistan-Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq. Sülh şəraitində yaşamaq nə deməkdir, bunu öyrənirik. Çünki müstəqillik əldə ediləndən sonra, hətta ondan da əvvəl Azərbaycan xalqı və dövləti müharibə şəraitində yaşamışdır. Müharibənin müxtəlif mərhələləri olub. Həm müharibənin fəal mərhələsi, atəşkəs mərhələsi, İkinci Qarabağ müharibəsi, antiterror əməliyyatı, ondan sonrakı dövr və bütün bu hadisələrə keçən ilin avqustunda son qoyuldu.

Azərbaycan Prezidenti İlham Əliyev yerli telekanallara verdiyi müsahibədə: "Bizim ərazimizdə Zəngəzur dəhlizi ilə bağlı artıq heç bir problem qalmayıb", - ifadəsi ilə Azərbaycanın ərazisində Zəngəzur dəhlizi ilə bağlı problemlərin aradan qalxdığını, bu dəhlizin region üçün strateji əhəmiyyətini vurğulayıb. Prezident qeyd edib ki, dəhliz istiqamətində infrastruktur işləri davam edir, bu, bölgəni Azərbaycanın qərb və cənub istiqamətləri ilə əlaqələndirəcək, nəqliyyat-tranzit imkanlarını genişləndirəcək və ölkənin turizm cəlbediciliyini artıracaq.

Prezidentin sözlərinə görə, dəhlizlə bağlı bizim ərazimizdə hər hansı problem qalmayıb. Yeni yollar və körpülər salınır: Ağbənd qəsəbəsində Araz çayı üzərində körpü inşa edilir, bu da qərb və cənuba iki yeni yol açır.

Strateji əhəmiyyət: Zəngəzur dəhlizi Azərbaycanın nəqliyyat-tranzit imkanlarını genişləndirir, ölkə daxilində bağlantıları etibarlı edir.

İqtisadi və turizm potensialı: Dəhliz boyu yeni istehsal sahələri yaratmaq, bölgənin turizm cəlbediciliyini artırmaq planlaşdırılır.

Tarixi missiya: Bu, Ümummilli Lider Heydər Əliyevin missiyasının davamı olaraq reallaşdırılan milli hədəfdir.

 

 

           Aidə Hüseynova,

YAP fəalı, Hacıqabul şəhər 5 saylı tam orta ümumtəhsil məktəbinin təşkilatçısı.