İkinci Qarabağ Müharibəsindəki Qələbə illərlə formalaşmış yanlış təsəvvürləri dağıtdı və yeni reallıqlar yaratdı.

2026-01-08 Baxış: 16
img

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına müsahibə verib.

Bir çox məşhur televiziya kanallarının təmsilçilərinə müsahibəsində verilən sualları ətraflı cavablandıran ölkə rəhbərimiz İlham Əliyev verilən sualları dolğun və ətraflı cavablandırmışdır.

İkinci Qarabağ müharibəsində qazanılan Qələbə regional reallıqları dəyişdi.

Azərbaycanın İkinci Qarabağ müharibəsində qazandığı tarixi Qələbə təkcə işğal altındakı torpaqlarımızın azad edilməsi ilə yekunlaşmadı, eyni zamanda regionda və beynəlxalq müstəvidə mövcud olan bir çox siyasi, hərbi və geosiyasi balansları köklü şəkildə dəyişdi. Bu Qələbə illərlə formalaşmış yanlış təsəvvürləri dağıtdı və yeni reallıqlar yaratdı.

Prezident İlham Əliyev yanvarın 5-də yerli televiziya kanallarına verdiyi müsahibədə məhz bu reallıqlara toxunaraq qeyd etdi ki, Azərbaycanın qətiyyətli siyasəti, güclü ordusu və xalq–dövlət birliyi nəticəsində regionda yeni status-kvo formalaşıb. Dövlət başçısı vurğuladı ki, müharibə dövründə və ondan sonra atılan addımlar Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü tam təmin edib.

Müsahibədə Prezident İlham Əliyev həmçinin bildirdi ki, Qələbə nəticəsində Cənubi Qafqazda uzunmüddətli sülh üçün real imkanlar yaranıb. Azərbaycan bu gün regionda sülhün, əməkdaşlığın və inkişafın əsas təşəbbüskarı kimi çıxış edir. Azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri bunun bariz nümunəsidir.

Nəticə etibarilə, İkinci Qarabağ müharibəsindəki Qələbə yalnız hərbi uğur deyil, həm də güclü siyasi iradənin, strateji düşüncənin və milli birliyin təntənəsidir. Prezident İlham Əliyevin yerli telekanallara verdiyi müsahibə bir daha göstərdi ki, Azərbaycan artıq öz taleyini özü müəyyən edən, regionda söz sahibi olan güclü dövlətdir.

Azad olunmuş torpaqlarımızda bu gün bərpa işləri sürətlə gedir. Əgər biz torpaqdan danışırıqsa, deməli bərəkətli torpaqların əkinçilik üçün də bərpasından danışmalıyıq.

Prezident, İlham Əliyev müsahibəsində belə vurğuladi: "İndi, necə deyərlər, torpaq deyəndə, sözün düzü, mən daha çox torpağın keyfiyyətinə baxıram, harada daha münbit torpaq var, harada yaxşı əkin aparmaq olar. Qarabağa gedəndə baxıram, görürəm, orada qara torpaqdır. Deyirəm, nə gözəl məhsuldar torpaqdır. Artıq o torpaq anlayışı, yəni o zədəli, yaralı torpaq anlayışı yoxdur. Bu da yaxşı haldır. Çünki, artıq sülh dövrüdür, quruculuq dövrüdür. Biz bu dövrü yaşayırıq. Biz hamımız cəmi beş ay əvvələdək bunu bəlkə də axıra qədər dərk etməmişik: Sülh şəraitində yaşamaq nə deməkdir? Amma, eyni zamanda, yenə də qayıdıram danışdığımız məsələyə. Hər an ayıq olmalıyıq, güclü olmalıyıq. Hər an öz torpağımızı müdafiə etmək üçün güclü olmalıyıq, hazır olmalıyıq və əminəm ki, bundan sonra heç vaxt bir qarış torpağımız heç kimin tapdağı altına düşməyəcək. Bunun üçün həm güc var, həm iradə var, xalqın birliyi var. Güclü Azərbaycan dövləti var."

Hər bir azərbaycanlı, bu ölkənin vətəndaşı ""Ailə kiçik bir dövlətdir!" şuarına əsaslanaraq "Dövlət böyük ailədir!" - deyir.

 

 

Maya Qənbərova

YAP fəalı, Hacıqabul Tarix Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi