Azərbaycanlı futbol hakimi Avropa Oyunlarına təyinat alıb

2019-06-03 Baxış: 617
img

03.06.2019

Azərbaycanlı hakim İnqilab Məmmədov növbəti dəfə beynəlxalq yarışa təyinat alıb.

MAYAKİNFO-nun ONA-dan əldə etdiyi məlumata görə, çimərlik futbolu üzrə FİFA referisi II Avropa Oyunlarında iştirak edəcək.

İ.Məmmədov Belarusun paytaxtı Minskdə keçiriləcək yarışın oyunlarında ədaləti qoruyacaq. Avropa Oyunları iyunun 21-dən 30-dək keçiriləcək.

Qeyd edək ki, çimərlik futbolunda 8 komanda iki qrupda mübarizə aparacaq. A qrupunda Belarus, Portuqaliya, İsveçrə, Rumıniya, B qrupunda İtaliya, İspaniya, Rusiya və Ukrayna qüvvəsini sınayacaq.