Qanlı 20 Yanvar tarixi -azadlığa aparan yol

Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsi olan 1990-cı ilin
20 Yanvar faciəsindən artıq 36 il ötür. 20 Yanvar faciəsini nə qədər böyük ağrı
hissi ilə xatırlasaq da, xalqımızın azadlıq uğrunda mübarizə əzmini sındırmağın
mümkünsüzlüyünü görəndə bundan böyük qürur hissi keçiririk. Həmin gün uzun illər
imperiya əsarəti altında yaşayan xalqımız azadlığa qovuşmaq üçün canından belə
keçməyə hazır olduğunu bir daha dünyaya nümayiş etdirdi.
20
Yanvar hadisələri Azərbaycanda demokratik proseslərə qəsd, dəqiq düşünülmüş hərbi
təcavüz, respublikanın suveren hüquqlarını, ümumiyyətlə, insan hüquqlarını
pozan hərəkət idi. Həmin gün Sovet ordusunun bölmələri dinc əhaliyə qarşı
görünməmiş vəhşiliklər törətdilər. Sovet ordusu qoşunlarının hərbi əməliyyatları
nəticəsində Bakıda və rayonlarda 147 nəfər öldürüldü, 744 nəfər yaralandı, 841
nəfər qanunsuz həbs olundu.
Həmin
vaxt Azərbaycan informasiya blokadasına alınmışdı. Dəhşətli faciədən bir az öncə
Azərbaycan Televiziyasının enerji bloku partladılmışdı. Dünya ictimaiyyəti Azərbaycanda
baş vermiş bu qanlı hadisədən xəbərsiz idi. Belə ağır bir vaxtda Ulu Öndər Heydər
Əliyev Moskvada xüsusi nəzarət altında saxlanılmasına, təzyiq və təqiblərə məruz
qalmasına baxmayaraq, yanvarın 21-də Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək,
Sovet ordusunun Bakıda törətdiyi bu qanlı cinayəti kəskin pisləyən bəyanat
vermişdi. Ümummilli lider Heydər Əliyev faciənin bütün günahkarlarının cəzalandırılmasını
tələb etmişdi.
20
Yanvar hadisələrinə geniş mənada əsl hüquqi, siyasi qiymət vermək Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra mümkün oldu. Ulu Öndər
Heydər Əliyev 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsinə, onların
ailələrinə dövlət qayğısının gücləndirilməsinə hər zaman böyük diqqətlə
yanaşırdı. Ümummilli Lider hər il yanvarın 20-də Şəhidlər xiyabanına gələrək
ziyarət edir, şəhid ailələri ilə görüşür, onların qayğıları ilə maraqlanırdı.
Bu gün Şəhidlər Xiyabınında ucalan "Əbədi məşəl" abidə kompleksi də məhz
Heydər Əliyevin təşəbbüsü ilə şəhidlərin xatirəsinə ehtiram əlaməti olaraq inşa
olunub. Ulu Öndər Heydər Əliyevin 2000-ci il yanvarın 17-də imzaladığı Fərmanla
isə 1990-cı ilin faciəli yanvar günlərində şəhid olmuş oğul və qızlarımıza
"20 Yanvar şəhidi" fəxri adı verilib.
Ümummilli
lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham
Əliyev şəhidlərin adının uca tutulmasına, onların ailələrinin sosial məsələlərinin
yoluna qoyulmasına xüsusi diqqət göstərir, hər il yanvarın 20-də Şəhidlər xiyabanını
ziyarət edərək "Əbədi məşəl" abidə kompleksinin önünə əklil qoyur, həmçinin
1990-cı ilin yanvarında şəhid olmuş oğul və qızlarımızın xatirəsinin əbədiləşdirilməsi,
adlarının uca tutulması, onların ailələrinin, övladlarının sosial müdafiəsinin
gücləndirilməsi üçün mühüm qərarlar vermişdir.
1990-cı
ilin 19-20 yanvar tarixlərində Azərbaycan xalqı göstərdiyi qətiyyətlə nümayiş
etdirdi ki, heç bir qüvvə bizim milli azadlıq uğrunda mübarizə əzmimizi
qıra bilməz. 44 günlük müharibə və 2023-cü ildə həyata keçirilən bir
günlük lokal antiterror tədbiri bir daha xalqımızın yenilməz, məğrur olduğunu
dünyaya nümayiş etdirdi. Azərbaycan xalqı cənab İlham Əliyevin ətrafında dəmir
yumruq kimi birləşərək Qələbəni qazandı.
İsmayıl
İbrahimov,
YAP
Hacıqabul rayon təşkilatının sədri.
Digər xəbərlər



