Məkrli niyyətlərin ifşası

20
Yanvar hadisələri nəticəsində Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi
və sosial dayaqlarını itirdi. Xalqın Sov.İKP-yə və mövcud rejimə qarşı nifrəti
son həddə çatmış, Sov.İKP üzvləri kütləvi şəkildə partiya biletlərini ataraq
onun sıralarını tərk etmişlər.
Məkrli
niyyətlərin ifşası. 20 Yanvar hadisələrindən sonra xalq daha bir gerçəkliyin
şahidi oldu. Xalqın mübarizəsini, tökülən qanı siyasi niyyətləri üçün alətə
çevirən Azərbaycan Xalq Cəbhəsinin başında duranların iç üzü açılmağa
başlamışdı. Belə ki, 20 Yanvar hadisələrinə siyasi qiymət verilməsi tələbi ilə
dəfələrlə çıxış edən Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gəldikdən sonra bu
mövzunu unutdu. Onlar hakimiyyətdə olduğu dövrdə faciəyə siyasi qiymət vermək
üçün öz imkanlarından istifadə etmədilər.
1990-cı
il yanvarın 21-də Sovet rejiminin qadağalarına rəğmən, həyatını təhlükə
qarşısında qoyaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Ulu Öndər
Heydər Əliyev qanlı faciənin təşkilatçılarını dünya ictimaiyyəti qarşısında
ittiham etdi. Cəsarətli bəyanat verərək əliyalın xalqın qırılmasını hüquqa,
demokratiyaya, humanizmə zidd, Moskvanın və respublika rəhbərlərinin günahı
üzündən yol verilmiş kobud siyasi səhv kimi ifşa etdi.
Müstəqil
Azərbaycan dövlətinin tarixinə qanlı 20 Yanvar faciəsi xalqımızın şərəf və qəhrəmanlıq
səhifəsi kimi yazıldı. Azərbaycan tarixində qanla yazılmış bir səhifə olsa da,
bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq
istəyinin oyanış günüdür. Xalq o günlərdə böyük bir həqiqəti - həqiqi liderin
meydanda olmamasını da bütün mahiyyəti ilə dərk etdi. O müdhiş gündə Ulu Öndər
Heydər Əliyev xalqının səsinə hər kəsdən əvvəl səs verdi. Ümummilli Lider
Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını
açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın
21-də ailəsi ilə birlikdə ölkəmizin Moskvadakı Daimi Nümayəndəliyinə gələrək, təcavüzə
kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.S.Qorbaçovu kəskin
ittiham etdi, qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Ulu Öndər Heydər
Əliyev bununla, hər şeydən əvvəl, Vətən, xalq qarşısında vətəndaşlıq və milli
mövqeyini nümayiş etdirdi.
Məryəm Nəhmədova,
YAP
fəalı, Hacıqabul şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbinin təşkilatçısı.
Digər xəbərlər



