20 Yanvar günü Azərbaycan xalqının tarixinin həm faciəli, kədərli səhifəsi, həm də qəhrəmanlıq, rəşadət səhifəsidir.

Ümummilli
Lider Heydər Əliyev vaxtilə 20 Yanvar hadisələrini belə səciyyələndirirdi. Ulu
Öndər böyük uzaqgörənliklə deyirdi ki, biz o günlərdən nə qədər çox uzaqlaşsaq,
həmin günlərin Azərbaycan xalqının tarixində necə mühüm yer tutduğunu bir o qədər
dərindən dərk edəcəyik. Ancaq bir şey həqiqətdir ki, 1990-cı ilin 20 Yanvarı Azərbaycan
xalqının həyatında dönüş mərhələsi, dönüş nöqtəsi olub.
Həmin
faciəli günlərdən artıq 36 il keçir. Ümummilli Lider Heydər Əliyevin dediyi
kimi, 20 Yanvarın tariximizdə tutduğu yeri bu gün daha aydın görürük. Həmin gün
Azərbaycan xalqı öz azadlığı və müstəqilliyi uğrunda ilk şəhidlərini verdi.
Azadlığa gedən yolda həyatlarını qurban verən Vətən övladları misilsiz fədakarlıqları
ilə xalqımızın qəhrəmanlıq salnaməsinə yeni parlaq səhifə yazdılar. Xalqın
birliyi və milli ləyaqət hissi top-tüfəngə qalib gəldi və bu, 20 Yanvarı səciyyələndirən
ən mühüm məqamlardan biridir.
Qanlı
20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi
Ümummilli Lider Heydər Əliyevin sayəsində həllini tapdı. Faciənin ertəsi günü -
yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək
xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun
hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və ozamankı respublika
rəhbərlərinin xəyanəti üzündən baş vermiş siyasi səhv olduğunu bəyan etdi. O,
faciə ilə əlaqədar xalqımıza başsağlığı verdi və mətbuat konfransı keçirib
Bakıdakı terror aktına rəvac verən hakimiyyət nümayəndələrini və hərbçiləri
cinayətkar, onların dinc əhaliyə tutduqları divanı isə bütöv bir xalqa qarşı
edilən tarixi cinayət adlandırdı. Bu tarixi çıxışın mətni Kremlin kəskin
informasiya blokadası siyasətinə baxmayaraq, bütün dünyada, o cümlədən Azərbaycanda
yayıldı və geniş əks-səda doğurdu. Azərbaycan xalqının qəlbində ümid çırağı
yandı. 1990-cı ilin iyulunda Moskvadan Vətənə qayıdan Ümummilli Lider Heydər
Əliyevin təşəbbüsü ilə həmin il noyabrın 21-də Naxçıvan Muxtar Respublikasının
Ali Məclisində 20 Yanvar faciəsinə ilk dəfə siyasi-hüquqi qiymət verən qərar qəbul
edildi. Azərbaycan xalqının ümumi rəyini özündə təcəssüm etdirən bu qərar Ulu
Öndər Heydər Əliyev qətiyyətinin təzahürü kimi tarixə düşdü. Sənəddə respublika
səviyyəsində 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymətin verilməsi ölkə rəhbərliyindən
tələb edilirdi. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra da 1993-cü ilə qədər
iqtidarda olanların heç biri faciə ilə bağlı əsl həqiqəti aşkar etməyə özündə cəsarət
tapmadı.
Yalnız
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkə rəhbərliyinə
qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti
açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə Ulu Öndər Heydər
Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir.
Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul
şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Ümummilli
Lider Heydər Əliyevin “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi
haqqında” 1994-cü il 5 yanvar tarixli Fərmanında Azərbaycan Respublikasının
Milli Məclisinə Qanlı Yanvar hadisələri ilə bağlı xüsusi sessiyanın keçirilməsi
məsələsinə baxmaq tövsiyə edildi. Milli Məclisin 1994-cü il martın 29-da qəbul
etdiyi Qərarda 20 Yanvar faciəsinin günahkarları konkret qeyd olundu və bu
qanlı aksiya Azərbaycanda milli azadlıq hərəkatını boğmaq, xalqın inamını, iradəsini
qırmaq üçün totalitar kommunist rejimi tərəfindən törədilmiş hərbi təcavüz və
cinayət kimi qiymətləndirildi. Şəhidlərin xatirəsi əbədiləşdirildi, Şəhidlər
xiyabanında “Əbədi məşəl” abidə-kompleksi ucaldıldı, 20 Yanvar Ümumxalq Hüzn
Günü elan edildi, şəhid ailələrinin, 20 Yanvar hadisələrində əlil olan şəxslərin
sosial müdafiəsi gücləndirildi.
Ölkəmizdə
20 Yanvar əlillərinə və şəhid ailələrinə daim diqqət və qayğı göstərilir. Əlillərin
reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid
ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.
Bu
gün əminliklə deyə bilərik ki, Ulu Öndər Heydər Əliyevin, ölkəmizin müstəqilliyi
və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhu şaddır. Çünki
2020-ci ildə qalib Azərbaycan Ordusu xalqımızın 30 illik həsrətinə son qoydu,
torpaqlarımızı erməni işğalından azad edərək bölgədə yeni reallıq yaratdı.
2023-cü ilin sentyabrında həyata keçirilən uğurlu antiterror tədbirləri nəticəsində
isə suverenliyimiz tam bərpa olundu. İndi bütün ərazilərimizdə Azərbaycanın üçrəngli
Bayrağı dalğalanır. İşğaldan azad edilmiş ərazilərdə genişmiqyaslı quruculuq
işləri davam etdirilir. Artıq keçmiş məcburi köçkünlər işğaldan azad olunmuş ərazilərə,
doğma torpaqlarına qayıdırlar. İndi bu torpaqlarımızda həyat yenidən canlanmağa
başlayır.
Azərbaycanın
ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması həm də 20 Yanvar şəhidlərinin,
ümumilikdə torpaqlarımızın işğaldan azad edilməsi yolunda canlarını qurban
vermiş bütün şəhidlərimizin qanının yerdə qalmadığının sübutudur. Odur ki,
xalqımız 20 Yanvar faciəsinin 36-cıildönümünü xüsusi qürur hissi ilə qeyd edir.
Aidə
Hüseynova,
YAP
fəalı, Hacıqabul şəhəri 5 nömrəli tam orta məktəbinin təşkilatçısı.
Digər xəbərlər



