Tarixi unutmaq yox, xatırlamaq və gələcək nəsillərə çatdırmaq hər birimizin mənəvi borcudur.

20
Yanvar hadisələri öz hüquqi və siyasi qiymətini məhz Ulu Öndərin mərdliyi və
siyasi iradəsi sayəsində almışdır. Xilaskarın Moskvada səslənən etirazını bütün
Azərbaycan xalqı eşitdi. Azərbaycan xalqının başına gətirilən qanlı faciəyə ilk
siyasi-hüquqi qiymət verən, təhlükələrdən çəkinməyərək Sovet hakimiyyətinin bu əməlinə
etiraz edən Ümummilli lider Heydər Əliyev oldu.
O
lideri ki, hələ SSRİ kimi nəhəng bir imperiyanın sərt qanunlarının hökm sürdüyü
bir vaxtda üçrəngli bayrağımızı Naxçıvanda rəsmi şəkildə yüksəltmişdi. Xalqın təkidli
tələbi ilə 1993-cü ildə ikinci dəfə respublikamıza rəhbərliyə qayıtdıqdan sonra
isə dövlət müstəqilliyimizin qorunub saxlanılması, dövlət atributlarımızın
qürur mənbəyimizə çevrilməsi üçün böyük işlər gördü.
1994-cü
il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr
haqqında” qəbul edilən qərarda 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində
tam siyasi-hüquqi qiymət verildi. 20 Yanvar hadisələri zamanı həlak olanların
xatirəsinin əbədiləşdirilməsi istiqamətində də Ümummilli Liderimiz mühüm tədbirlər
həyata keçirdi. 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə
qayıtdıqdan sonra ilk olaraq Şəhidlər xiyabanını ziyarət etdi və tapşırıq verdi
ki, qısa müddətdə bütün şəhid məzarlarının üstü götürülsün və burada memorial
kompleks ucaldılsın. Məhz Onun Sərəncamı ilə 20 Yanvar Ümumxalq Hüzn Günü elan
olundu. Şəhidlər xiyabanı xalqımızın müqəddəs and yerinə, ziyarətgahına
çevrildi. Şəhid ailələri dövlət qayğısı ilə əhatə olundu. 20 Yanvar hadisələrində
sağlamlığını itirən əlillərin sosial müdafiəsini və müavinət təminatını da daim
diqqət mərkəzində saxladı. Azərbaycan Prezidentinin 17 yanvar 2000-ci il
tarixli Fərmanı ilə 20 Yanvar təcavüzü zamanı həlak olmuş Azərbaycan
Respublikası vətəndaşlarına “20 Yanvar şəhidi” fəxri adı verildi, “1990-cı il
20 Yanvar hadisələri zamanı əlil olmuş şəxslərə dövlət qayğısının artırılması
haqqında” 2003-cü il 15 yanvar tarixli Sərəncama əsasən əlil olmuş şəxslərə
verilən aylıq müavinət artırıldı və bu iş davamlı olaraq həyata keçirilir.
Müharibə
veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində
həlli istiqamətində bünövrəsini Ümummilli Liderin qoyduğu işlər bu gün
Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir, bu yöndə böyük tədbirlər
həyata keçirilir. Şəhid ailələrinin, əlillərin sosial təminatı ildən-ilə daha
da möhkəmləndirilir.
20
Yanvar 1990-cı il Azərbaycan xalqının azadlıq və müstəqillik uğrunda mübarizə
tarixində qanla yazılmış ən faciəli səhifələrdən biridir. Bu qanlı hadisələr təkcə
Bakıda deyil, respublikanın bir sıra bölgələrində, o cümlədən Hacıqabulda da
sovet ordusunun törətdiyi zorakılıq və dağıntılarla müşayiət olunmuşdur.
Həmin
günlərdə sovet (rus) ordusunun hərbi hissələri Hacıqabul ərazisində hərəkət edərək
ictimai asayişi pozmuş, mülki obyektlərə ziyan vurmuş, əhali arasında qorxu və
təzyiq mühiti yaratmışdır, şəhərdə gərginlik hökm sürmüşdür. Bu hadisələr bir
daha sübut etdi ki, sovet imperiyası Azərbaycan xalqının azad iradəsini güc
yolu ilə boğmağa çalışırdı.
Hacıqabulda
baş verən bu hadisələr uzun illər kölgədə qalsa da, tarixi yaddaşdan silinməmişdir.
Bu gün həmin dövrün acı xatirələri Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyində
qorunan fotoşəkillər vasitəsilə yaşadılır. Muzeydə saxlanılan materiallar sovet
ordusunun törətdiyi dağıntıları, dinc əhaliyə qarşı edilən haqsızlıqları əyani
şəkildə nümayiş etdirir.
20
Yanvar faciəsi, o cümlədən Hacıqabulda yaşanan hadisələr Azərbaycan xalqının
milli oyanışının və müstəqillik əzminin sarsılmazlığını göstərdi. Qanla boğulan
bu azadlıq istəyi son nəticədə öz bəhrəsini verdi və Azərbaycan 1991-ci ildə
dövlət müstəqilliyini bərpa etdi.
Bu
gün 20 Yanvar şəhidlərinin xatirəsi ölkəmizin hər yerində olduğu kimi
Hacıqabulda da dərin ehtiramla yad edilir. Onların fədakarlığı gənc nəsil üçün
vətənpərvərlik, cəsarət və azadlıq dərsi olaraq qalır. Tarixi unutmaq yox,
xatırlamaq və gələcək nəsillərə çatdırmaq isə hər birimizin mənəvi borcudur.
Maya
Qənbərova
YAP
fəalı, Hacıqabul Tarix-Diyarşünaslıq Muzeyinin kiçik elmi işçisi
Digər xəbərlər



