1990- cu ilin qarlı yanvar hadisəsi Azərbaycan xalqı üçün təkcə böyük faciə deyildir.

Gənclərimiz
tarixi həqiqətləri bilməlidir. Yaxın tariximizin öyrənilməsi və araşdırılması
vacib vəzifədir. 1990-cı ilin 20 Yanvar faciəsi də öyrənilməli və gələcək nəsillərə
olduğu kimi çatdırılmalıdır. Qan yaddaşımıza əbədi həkk olunmuş 1990-cı ilin 20
Yanvar hadisələri tariximizin özündə faciə və qəhrəmanlığı ehtiva edən unikal səhifəsi,
Azərbaycanın sonrakı taleyinə əhəmiyyətli təsiri olan dönüş anıdır.
20
Yanvar hadisələri Azərbaycan xalqına qarşı törədilmiş cinayətdir. Bakıda gecəyarı
fövqəladə vəziyyət tətbiq edilmiş, əhali xəbərdar edilməmişdir. Fövqəladə vəziyyətin
tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə
yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən
sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər
öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda yanvarın 25-də
Neftçala, yanvarın 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir. Ümumilikdə
131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş,
200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı
güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv
edilmişdir.
20
Yanvar faciəsi dünya azərbaycanlıların təşkilatlanmasına səbəb oldu. Faciədən
sonra Azərbaycanda sovet imperiyası özünün bütün mənəvi və sosial dayaqlarını
itirdi, ölkənin müstəqilliyi ideyası ümummilli amala çevrildi, dünya azərbaycanlıları
yeni siyasi tariximizdə ilk dəfə olaraq milli faciəmizin tanıdılması və nəticələrinin
aradan qaldırılması naminə yaşadıqları müxtəlif ölkələrdə təşkilatlanmağa
başladılar.
20
Yanvar hadisələrinin Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü
uğrunda mübarizədə həm rəmzi mənası, həm də fenomenal rolu oldu. 20 Yanvar faciəsinin
yaratdığı ictimai-siyasi reallıq süqutu yaxınlaşan SSRİ-də və soyuq müharibənin
bitməsi ərəfəsində beynəlxalq arenada formalaşan geosiyasi situasiya fonunda əvvəlcə
Azərbaycan SSR-də, sonra müstəqil Azərbaycanda zəncirvarı tarixi proseslərə təkan
verdi.20 Yanvar hadisələrin xalqın tarixi yaddaşında həkk olunmasında mədəniyyətin
rolu danılmazdır.
20
Yanvar hadisəsi milli məfkurənin inkişafına təkan vermiş hadisədir. 20 Yanvar
Azərbaycan tarixində təkcə faciə deyil, Azərbaycanın istiqlal yolunun ilk zirvəsi,
milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet
imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz
suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir
Arzu
Zərbəliyeva
YAP
fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.
Digər xəbərlər



