Beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür.

2026-01-25 Baxış: 10
img

Beynəlxalq hüququn təbıətini bə əsas xüsusiyyətlərini açıqlayarkən biz gördük ki, bu anlayışın əsasında dövlətlərin və beynəlxalq hüququn digər subyektlərinin davranış modeli kimi çıxlş edən hüquq normaları dayanır. Bundan sonrakı mövzuların daha aydın başa düşülməsi üçün bu normaların anlayışını bə təsnifini şərh etməyə ehtiyac bardır.Beynəlxalq hüquq normaları dövlətlər bə beynəlxalq hüququn digər subyektləri arasındakı qarşılıqlı münasibətləri nizama salan ümumi məcburi qaydalara deyilir.

Beynəlxalq hüquq normalarını dövlətlərin öz qarşılıqlı münasibətlərində əməl etdikləri digər normalardan, o cümlədən hüquqi xarakter daşımayan beynəlxalq adət normalarından və nəzakət normalarından (diplomatik etik qaydalarıdan) fərqləndirmək lazımdır. Bu normalar dövlətlər üçün məcburi deyildir və onlara əməl olunmaması beynəlxalq hüquqi məsuliyyət doğurmur.

Beynəlxalq hüquq normasının məzmunu beynəlxalq hüquq subyektinin malik olduğu hüquqdan və digər subyektin (subyeklərin) həmin hüquqa uyğun olaraq öz üzərinə götürdüyü vəzifədən (öhdəlikdən) ibarətdir. Doğrudur, beynəlxalq hüquq və öhdəliklər təkcə beynəlxalq hüquq normalarından irəli gəlmir. Hər hansı beynəlxalq məhkəmənin və ya arbitraj məhkəməsinin qərarı, BTM Təhlükəsizlik Şurasının qətnaməsi və ya dövlətin birtərəfli qaydada verdiyi bəyanat da müvafiq öhdəliklər doğura bilər.

Beynəlxalq hüquq normaları, yuxarıda qeyd etdiyimiz kimi, prinsip etibarilə dövlətlərin qarşılıqlı razılığı əsasında yaranır. Lakin xüsusi vurğulamaq lazımdır ki, hər hansı ümumi beynəlxalq hüquq normasının, yəni dünyanın bütün dövlətləri üçün məcburi olan normanın yaranması üçün heç də bu dövlətlərdən hər birinin razılığı tələb olunur. Bununla bağlı olaraq, yeni yaranmış dövlət öz arzusu və iradəsindən asılı olmayaraq, ondan qabaq artıq təşəkkül tapmışvə hamılıqla qəbul edilmiş normadan imtina edə bilməz və ona riayət etməyə borcludur. Məsələn,dövlətimiz müstəqillik qazanan andan, hələ heç bir müvafiq beynəlxalq müqaviləyə qoşulmasa da, başqa dövlətlərə qarşı güc tətbiq edilməməsi, başqa dövlətlərin ərazi bütövlüyünə hörmət edilməsi, genosid aktının törədilməməsi və s. bu kimi öhdəlikləri artıq öz üzərinə götürmüş sayılırdı.

 

 

Arzu Zərbəliyeva,

YAP fəalı, Hacıqabul rayon Mərkəzi Kitabxananın əməkdaşı.